Alternative content

21:05 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniyanın telekanalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışılıb
Almaniyanın telekanalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışılıb
ANA SƏHİFƏ / SİYASƏT
23:02 22.10.2020

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin "Deutsche Welle” telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir jurnalistin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb, tamaşaçıları Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.

Diplomat bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ATƏT-in Minsk qrupu vasitəçilik edir. Bu qrupun üzvü olan Almaniya prosesdə daha fəal rol oynaya bilər. Almaniya bunun üçün lazımi imkanlara malikdir.

Müsahibəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müzakirə olunan baza prinsiplərinə istinad edən səfir işğal olunmuş ərazilərdə "status kvo”nun saxlanılması cəhdlərinin yolverilməz olduğu vurğulayıb. Bildirib ki, Almaniya tərəfi işğal olunmuş ərazilərin azad edilməsi üçün Ermənistana çağırış edə bilər. Bu münaqişədə təcavüzkar ölkə ilə təcavüzə məruz qalan ölkəyə fərq qoyulmalıdır.

Beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də dünya nizamının qorunması üçün bütün dünya ictimaiyyəti, o cümlədən Almaniya beynəlxalq hüququn tərəfində olmalıdır. Hazırda münaqişə ilə bağlı ikili standartlar qəbuledilməzdir. Beynəlxalq hüquqla bağlı vahid mövqeyin hamıya şamil olunacağı təqdirdə, bu cür münaqişələrin mövcudluğuna son qoyulacaq.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda baza prinsiplərinin mövcudluğunu bildirən səfir Ermənistanın həmin prinsiplərə məhəl qoymadığının, uzun müddət davam edən danışıqların nəticə vermədiyinin göz önündə olduğunu diqqətə çatdırıb. Bildirib ki, atəşkəs uzun illərdir mövcuddur, amma indi bununla yanaşı, növbəti addımlar atılmalıdır. Növbəti addımlar isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müzakirə olunan baza prinsiplərinə, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasından ibarətdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM