22 Oktyabr 2020 22:57
542
SİYASƏT
A- A+

Çin KİV-ləri Qarabağda davam edən müharibəni diqqət mərkəzində saxlayır


Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin diplomatik yolla həllinin olmaması barədə fikirlərinin yer aldığı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Nikol Paşinyanın məlum bəyanatına əsasən Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmaması barədə açıqlamasına istinad edilib: "Ermənistanın baş nazirinin "münaqişənin diplomatik həlli yoxdur” açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır. Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapır”.

Çin Mərkəzi Televiziyasının xəbər kanalı olan CCTV13-də yayımlanan reportajda isə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətinə toxunulub. Reportajda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin məhv edilən və ələ keçirilən hərbi texnikası, silah-sursatı barədə fikirlərinə yer verilib.

Sinxua agentliyinin xəbərlərində isə Azərbaycanın Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı açıqlamalarından söz açılıb.

Nüfuzlu "China Daily” qəzetinin mövzuya dair növbəti məqaləsində Azərbaycan Müdafiə Nazirliyinə istinadla qeyd olunub ki, Ermənistan humanitar atəşkəsi pozaraq, Azərbaycanın mövqelərini atəşə tutub. Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşayış məhəlləsini raket atəşinə tutması nəticəsində mülki insanlar arasında ölən və yaralananların olduğu bildirilib.

Çinin internet portallarındakı mövzuya dair başqa bir xəbərdə isə Azərbaycan Ordusunun Xudafərin körpüsünü azad etdikdən sonra Zəngilan istiqamətində irəlilədiyi qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video