Alternative content

12:08 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Eyvazov: Ordumuz qələbə əzmi ilə zəfər yoluna davam edir
Anar Eyvazov: Ordumuz qələbə əzmi ilə zəfər yoluna davam edir
ANA SƏHİFƏ / SİYASƏT
22:43 22.10.2020

Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonundakı və digər ərazilərdəki müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan, toplardan və reaktiv artilleriya sistemlərindən atəşə tutub.

AZƏRTACxəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 22-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.

Anar Eyvazov bildirib ki, düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən Siyəzən, Qəbələ və Kürdəmir rayonları istiqamətində 6 ədəd ballistik raket atıb. Nəticədə bir mülki şəxs yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycan Ordusu tərəfindən cəbhənin Qubadlı, Xocavənd və Ağdərə istiqamətində keçirilən əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri şəxsi heyət və döyüş texnikası baxımından ağır itkilər verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geriyə çəkilməyə məcbur edilib. 155-ci artilleriya alayına, 5-ci dağatıcı alaya və 543-cü alaya vurulan artilleriya zərbələrimiz nəticəsində komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları dağıdılıb. Yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb, döyüşə girməkdən imtina edib. Əlavə yolların bağlı olması və nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən düşmən yaralıların təxliyəsində ciddi çətinliklərlə üzləşib.

Qeyd edilib ki, cəbhəni genişləndirmək istəyən düşmənin Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Diqqətə çatdırılıb ki, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev özünün rəsmi "Twitter” hesabında Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayılın Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin və Ağbənd qəsəbəsinin işğaldan azad edildiyini bildirib. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.

"Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər gedir. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz qələbə əzmi ilə zəfər yolunda irəliləyir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM