Alternative content

12:07 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyənin Baş Ombudsmanı: Gəncədə dinc insanların, azyaşlı uşaqların öldürülməsi cinayət və vəhşilikdir
Türkiyənin Baş Ombudsmanı: Gəncədə dinc insanların, azyaşlı uşaqların öldürülməsi cinayət və vəhşilikdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:38 22.10.2020

Gəncəni ziyarət etməkdə məqsədimiz burada insanlığa qarşı vəhşiliyi, gecə vaxtı atılan raketlərlə dinc insanların, mülki vətəndaşların, azyaşlı uşaqların öldürüldüyünü bilavasitə görməkdir. Dinc insanları hədəfə alaraq mərmi atmaq, onları gecə vaxtı öldürmək cinayət və vəhşilikdir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncəyə səfər edən İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç deyib.

Baş Ombudsman bildirib ki, belə cinayətlər tarixin heç bir dövründə bağışlanmayıb. Bu cinayəti məqsədyönlü şəkildə törədənlər, mülki şəxsləri qətlə yetirənlər, insanları raket atəşinə tutanlar mütləq müəyyənləşdiriləcək və onlar cəzalandılacaqlar. Tarix bunun canlı şahididir. Mən Türkiyənin Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanlar Assosiasiyasına sədrlik edirəm. Bu məsələdə Azərbaycan Ombudsmanı ilə həmrəylik içərisindəyik. Zərərçəkmiş insanlarla, səlahiyyətli şəxslərlə görüşmək üçün buraya gəlmişəm. İnşallah, buradakı işlərdən sonra hazırlayacağımız məruzəni əvvəlcə Türkiyədəki insan haqları təşkilatlarına, sonra İƏT-in, daha sonra dünyadakı bütün insan haqları qurumlarına və ombudsmanlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, BMT-yə göndərəcəyik. Çünki haqsızlıqlardan danışmadıqca yalan söyləyənlər həqiqətləri deyənləri üstələyir.

Türkiyənin Baş Ombudsmanı qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını otuz ildir işğal altında saxlayır. BMT, ATƏT və digər beynəlxalq qurumlar münaqişənin həlli üçün ciddi addım atmayıblar. Otuz il davam etmiş bu münaqişənin daha da uzanması mümkün deyil. Bu baxımdan Azərbaycanın haqlı mübarizəsini, beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini müdafiə etməsini biz insan haqları təşkilatı, ombudsman olaraq ürəkdən dəstəkləyirik. Çünki bu, haqlının mübarizəsidir.

Şərəf Malkoç diqqətə çatdırıb ki, Azərbaycan xalqının və dövlətinin birliyi bu dövrdə çox böyük əhəmiyyət kəsb edir. Digər bir mühüm amil isə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu və həmrəyliyidir. Bu dostluq və qardaşlıq Qafqazda sülhü və sabitliyi təmin edəcək. Ümidvaram, Azərbaycan bu haqlı mübarizəsində zəfər qazanacaq, işğala son qoyulacaq, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

"Ermənistanın bu işğal siyasəti hüquqa və mənəviyyata ziddir. Mülki şəxslərin hədəfə alınması, onların raket atəşinə məruz qalması nəticəsində çoxlu sayda şəxs həlak olub. Azərbaycanın özünü qanuni müdafiəsi və Türkiyənin, eləcə də beynəlxalq hüquqa hörmət edən digər ölkələrin bu özünümüdafiəyə dəstəyi nəticəsində mülki şəxsləri hədəfə alanlar mühakimə ediləcəklər”, - deyə Türkiyənin Baş Ombudsmanı vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM