Alternative content

20:39 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin rəhbəri Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı brifinq keçirib
Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin rəhbəri Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı brifinq keçirib
ANA SƏHİFƏ / SİYASƏT
17:48 22.10.2020
 
Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü və BMT-nin Cenevrədəki Bölməsi yanında akkreditə olunmuş media nümayəndələri və müxbirlərini birləşdirən BMT-də Akkreditə Olunmuş Müxbirlərin Assosiasiyasının (ACANU) təşkilatçılığı ilə daimi nümayəndə, səfir Vaqif Sadıqovun bu il sentyabrın 27-dən davam edən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə mətbuat brifinqi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə daimi nümayəndə V.Sadıqov Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü, hərbi cinayət törədərək Azərbaycanın mülki əhalisi və obyektlərini məqsədli və sistemli şəkildə atəşə tutması, o cümlədən Gəncə, həmçinin digər şəhər və yaşayış məntəqələrinin ballistik raket sistemləri və ağır silahlardan zərbələrə məruz qalması, bunun nəticəsində də dinc əhali arasında qeydə alınmış tələfatlar və xəsarətlər barədə ətraflı məlumat verib. Ermənistanın növbəti təxribatına cavab kimi BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin sərhədləri çərçivəsində işğal olunmuş ərazilərdə başladığı əks-hücum əməliyyatı, onun məqsədləri və əldə edilmiş uğurlar diqqətə çatdırılıb. Eyni zamanda, münaqişənin tarixi, onun hüquqi bazası və ATƏT Minsk qrupu həmsədrlərinin vasitəçiliyi əsasında danışıqlar prosesi, habelə Azərbaycanın münaqişənin həll yolları ilə bağlı baxışlarına dair zəruri məlumatlar təqdim edilib.

Brifinq zamanı media nümayəndələrini maraqlandıran müxtəlif məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.

Brifinqdə bir sıra dövlətləri təmsil edən informasiya agentliklərin nümayəndələri və müxbirlər, o cümlədən Küveyt (KUNA), Almaniya (DPA) və İspaniyanın (EFE) İnformasiya Agentlikləri, Anadolu İnformasiya Agentliyi, Associated Press (AP), Associated Press ABŞ (AP-ABŞ), Honkonqun "Phoenix Satelite TV”, Cənubi Afrikanın "İndependent Newspapers” Agentliyi, Rusiyanın "RİA Novosti” və "TASS” Agentlikləri, Fransanın Agence France-Press (AFP), Yaponiyanın Yayım Korporasiyası (NHK) və Yomiuri Shimbum Newspaper, Meksikanın "Reforma”, Çinin "Economic Daily of China” Agentliklərinin nümayəndələri iştirak ediblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM