Alternative content

09:54 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsinə baxılıb
Milli Məclisdə Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsinə baxılıb
ANA SƏHİFƏ / PARLAMENT
17:42 22.10.2020

Oktyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclası komitə sədri Siyavuş Novruzov açıb.

AZƏRTAC xəbər verir ki, komitə sədri rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş hazırlığından danışıb. Bildirilib ki, Azərbaycan əsgəri böyük şücaət nümayiş etdirərək Dağlıq Qarabağda hərbi baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirib, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini mərkəzlərini və bu rayonların bir sıra kəndlərini işğaldan azad edib.

Siyavuş Novruzov işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əmin olduğunu vurğulayıb. Hər gün yeni-yeni torpaqlarımız işğaldan azad edilir, Azərbaycan əsgərinin cəbhədə tarix yazmasının şahidi oluruq. Bu, böyük qələbədir. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqq mübarizədir.

Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Qeyd olunub ki, gündəliyə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsi” daxil edilib. Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılır. Bildirilib ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə yanaşı, yerli toponimləri də dəyişdirərək cinayətə yol verib. Hazırda qüdrətli Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edir, haqq-ədalət öz yerini tapır.

Azad edilmiş torpaqlarımızdakı yaşayış məntəqələrinin öz tarixi adlarının qaytarılması mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır. Yer adlarımıza qarşı törədilən erməni saxtakarlığı aradan qaldırılır. Coğrafi ərazi baxımından Qarabağda Çinar ağacları geniş yayılıb. Bu baxımdan Xocavənd rayonun Vəng kəndinin adının Çinarlı adlandırılması məntiqlidir.

Sonra Milli Məclis yanında Toponimiya komissiyasının sədri İsa Həbibbəyli, Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Tahir Rzayev, Səttar Möhbalıyev, Nizami Cəfərov, Emin Hacıyev, Cavid Osmanov və Aqil Məmmədov çıxışlarında Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı fikirlərini bölüşüblər. Deputatlar bu haqq işində şanlı Ordumuza uğurlar diləyib, müzakirə olunan məsələyə münasibət bildiriblər.

İclasın sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM