Alternative content

03:59 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb
ANA SƏHİFƏ / SİYASƏT
12:27 22.10.2020
 
"İran” qəzetində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, səfir Ermənistanın yalan təbliğatını ifşa edərək Azərbaycanın erməni separatizmi ilə üz-üzə qaldığını bildirib və cəbhə xətindəki vəziyyət barədə danışıb.

Qeyd olunub ki, Azərbaycanın radikal dini qruplardan istifadə etməsi barədə Ermənistanın yalan xəbərlər yayması həqiqətə uyğun deyil. Əvvəla, buna ehtiyac yoxdur. Çünki Azərbaycan Ordusu kifayət qədər döyüş qabiliyyətinə və ən müasir hərbi təchizata malikdir. Bunu işğal olunan ərazilərin ordumuz tərəfindən bir-birinin ardınca azad edilməsi sübuta yetirib. Digər tərəfdən isə radikal dini qruplardan istifadə Azərbaycan xalqının dini etiqadına ziddir. B.Hüseynov İran mətbuatında radikal qrupların Azərbaycan tərəfindən döyüşməsi haqqında yayılan xəbərlərə kəskin etiraz edib.

Diplomat qeyd edib ki, Azərbaycan bu münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi məsələnin sülh yolu ilə həlli üçün iradə nümayiş etdirmədi. Ancaq təxribat xarakterli hərəkətləri ilə atəşi alovlandırdı. Rusiyada əldə edilən atəşkəs razılaşmasını pozan da Ermənistan oldu. Hazırda hərbi mənbələr hansı raketin nə vaxt və haradan haraya doğru atıldığını, atəşkəsi kimin pozduğunu asanlıqla aydınlaşdırır. Bu müddət ərzində Ermənistan tərəfi bir mülki şəxsin belə Azərbaycan Respublikası tərəfindən hədəfə alındığını iddia edə bilməz. Lakin Ermənistan Gəncə şəhərini artilleriya atəşinə tutdu və mülki şəxslər, o cümlədən azyaşlıları və qadınları qətlə yetirdi. Ermənistanın atəşkəsi pozmaqda məqsədi azad edilmiş şəhərləri və döyüş meydanında itirdiyi mövqeləri geri qaytarmaqdır. Azərbaycan tərəfi birtərəfli qaydada cəsədləri təhvil verməyə hazır olduğunu elan etdi. Lakin bütün bunlarla yanaşı, fikrimizcə, atəşkəsin bərqərar olması və məsələnin dialoq yolu ilə həlli üçün bir şərt var; Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır.

Səfir diqqətə çatdırıb ki, İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi və işğal altındakı ərazilərin azad edilməsi ilə bağlı mövqeyi ölkəmizdə yüksək qiymətləndirilir.

Müsahibədə İran-Azərbaycan əlaqələrinə toxunulub. Bildirilib ki, iki qonşu və dost dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq edirlər.

Azərbaycan Prezidentinin mövqeyini bir daha İran ictimaiyyətinin və rəsmilərinin diqqətinə çatdıran səfir qeyd edib: "Bizim bir şərtimiz var, o da Ermənistan qoşunlarının torpaqlarımızdan çıxmasıdır. İndi düşünməli olan Ermənistandır”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM