22 Oktyabr 2020 10:54
407
SİYASƏT
A- A+

Alman professoru: Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır


"Nex24.news” xəbər portalında Almaniyanın Potsdam Universitetinin professoru Vilfrid Furmanın müəllifi olduğu "Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixçəsindən bəhs olunur. Eyni zamanda, məqalədə bildirilir ki, 1994-cü ildəki atəşkəsdən etibarən, Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş ərazilərini geriyə qaytarmaq üçün səy göstərib. Atəşkəsdən sonra təxminən 1 milyon azərbaycanlı məcburi köçkün olub, onların çoxu fiziki və psixoloji zərbə alıblar. ATƏT-in Minsk qrupu və həmsədrlər tərəfindən həllin tapılması cəhdləri nəticəsiz olub. Ermənistan prezidenti və müdafiə naziri tərəfindən 2019-cu ilin mart ayından etibarən "yeni ərazilər üçün yeni müharibə” şüarı səsləndirilib və sülh məqsədilə ərazilərin geri qaytarılması təşəbbüsü rədd edilib. Cari ilin iyul ayında Tovuz rayonunun atəşə tutulması yeni ərazilərin zəbt edilməsinin reallaşdırılmasında başlanğıc olub. Buna baxmayaraq, Azərbaycan beynəlxalq sərhədlərə hörmət edib və onu pozmayıb. Belə ki, bunun baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Ermənistan Rusiyanı münaqişəyə cəlb edə bilərdi. Lakin bu, işğal olunmuş Azərbaycan ərazilərinə və beynəlxalq səviyyədə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası”na şamil olunmur. Müharibə çərçivəsində Gəncə şəhəri artileriya atəşinə tutulub. Azərbyacan öz ərazi bütövlüyün bərpa etmək məqsədilə ilkin olaraq ətraf rayonları azad etmək niyyətindədir.

Digər məsələ ermənilərin 1986-cı ildə olduğu kimi mümkün terror fəaliyyətinə başlamaları və Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi ilə bağlı olacaq. Fransa Ermənistanı dəstəkləyəcəyi təqdirdə NATO daxilində parçalanma ola bilər. Çünki Türkiyə Azərbaycanın tərəfindədir. Ehtimal ki, Ermənistan "Dağlıq Qarabağ respublikası”nı könüllülərlə və müntəzəm ordu ilə dəstəkləyir. Ermənstan illər boyunca yoxsullaşıb və sakinlərinin sayı azalıb. İmkan düşən kimi, erməni gənclərin çoxu xaricdə qalır. Həmin erməni gənclər "Dağlıq Qarabağ respublikası”nı, xüsusən də yerli elitanı saxta hesab edir və onların naminə ölmək istəmirlər. Bir çox xəbər agentliklərinin qəsdən qeyd etməsinə baxmayaraq, hazırkı müharibə dini səciyyə daşımır. Azərbaycan ölkədə hökm sürən və müşahidə oluna bilən dini tolerantlıqla fəxr edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video