Alternative content

15:27 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Le Temps”: Azərbaycan Dağlıq Qarabağ məngənəsini sıxır
“Le Temps”: Azərbaycan Dağlıq Qarabağ məngənəsini sıxır
ANA SƏHİFƏ / SİYASƏT
10:43 22.10.2020

Tərtər Dağlıq Qarabağa əks-hücumun məntiqi başlanğıc nöqtəsi kimi görünən strateji ərazidir. Bütün şəhərboyu fasiləsiz artilleriya atəşləri davam edir. On dörd mülki şəxs həlak olub, 52-si yaralanıb, şəhərə 13 min 127 mərmi atılıb, 116 ev dağılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər "Le Temps” portalında "Azərbaycan Dağlıq Qarabağda məngənəsini sıxır” adlı məqalədə yazılıb.

Jurnalist yerli sakinlərlə görüşərək onların 1991-1994-cü illərdə də eyni vəziyyəti yaşadıqlarını öyrənib.

"Tərtərdə heç bir hərbi obyekt yoxdur. Erməni silahlı qüvvələri 1991-1994-cü illərdə də şəhəri bomba yağışına tutaraq bizi qorxutmaq və evlərimizi tərk etməyə məcbur etmək istəyirdi. Ancaq qadın və uşaqlardan başqa heç kim şəhərdən çıxmayacaq”, - deyə şəhər bələdiyyəsinin sədri bildirib.

Sakinlər Dağlıq Qarabağ müharibəsi haqqında məlumat verərək bu gün Azərbaycan Ordusunun rəşadətlə torpaqlarımızı azad etdiyini deyiblər.

Məqalədə Azərbaycan Ordusunun üstünlüklərindən söz açılaraq ermənilərin artıq öz mövqelərini itirdiklərini etiraf etdikləri qeyd olunub. Erməni tərəfinin itkilərindən danışılıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edərək Ordu tərəfindən azad olunan torpaqları elan edir. Zəngilanın azad edilməsinin təsdiqləndiyi bildirilərək onun Dağlıq Qarabağı Ermənistanla birləşdirən yol olduğu diqqətə çatdırılıb.

"Döyüşlərdə ermənilərin qoyub qaçdığı silah-sursat müdafiə üçün kifayətdir, lakin münaqişənin nəticəsini dəyişdirə biləcək əks-hücumlar üçün kifayət deyil", - deyə azərbaycanlı hərbi ekspert bildirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM