22 Oktyabr 2020 10:42
415
SİYASƏT
A- A+

Özbəkistan portalları Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məqalələr yayıb


Özbəkistanın "interpress.uz”, "islamonline.uz”, "fikr.uz” və "tarjumon.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, "interpress.uz”, "islamonline.uz” portalları NATO Parlament Assambleyasının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarının keçirilməsi haqqında məlumat yayıb. Yazılarda bildirilir ki, vebinarda Latviyanın NATO-dakı nümayəndələrinin rəhbəri Aleksandrs Kirşteyns çıxışında deyib: "Mən Azərbaycanın bu sammitdə iştirak edən nümayəndəsinin mövqeyini dəstəkləyirəm. O, açıq-aydın dedi ki, nə qədər ki, Ermənistanın təcavüzkar silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmayıb, münaqişə həll olunmayacaq. Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınıb. Ermənistan silahlı qüvvələri oradan rədd olmalıdırlar”.

A.Kirşteyns çıxışında Ermənistanın Gəncəni raket atəşinə tutması haqqında da məlumat verib, şəhərdə çoxlu dağıntıların, ölənlərin və yaralananların olduğunu deyib.

"fikr.uz” və "tarjumon.uz” portalları bildirir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Otuz il ərzində Təhlükəsizlik Şurasının etmədiyi işi bu gün Azərbaycan Ordusu edir, işğal altında olan torpaqlar azad olunur. Artıq Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərində, həmçinin 90-dan çox kənddə Azərbaycan bayrağı dalğalanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video