Alternative content

09:06 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ordusu beynəlxalq hüququ təmin edir
Azərbaycan Ordusu beynəlxalq hüququ təmin edir
ANA SƏHİFƏ / SİYASƏT
00:51 22.10.2020


Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb edilir.


Azərbaycanın işğala məruz qaldığını təsdiqləyən 4 qətnamə


822 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilib. Sənəddə işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonunu və digər işğal olunmuş rayonları dərhal tərk etməsi tələb olunur.

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Bu hadisə göstərdi ki, Ermənistan BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir. BMT TŞ-nin iyulun 29-da keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilir. Qətnamədə həmçinin Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə olunur.

1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın digər rayonlarını işğal etmək üçün yeni hərbi əməliyyatlara başladı. Cəbrayıl, Füzuli və Qubadlı rayonları işğal edildi. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Mahiyyət etibarilə bu qətnamə əvvəlkilərdən fərqlənmirdi.

Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.

1993-cü ilin oktyabrında Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də Minsk qrupunun iclasında razılaşdırılmış "BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması da tələb edilir.

Xatırladaq ki, bu qətnamələrin hər biri BMT TŞ-nin iclaslarında yekdilliklə qəbul edilib.


BMT və Minsk qrupunun həmsədrləri qətnamələri görməzliyə vururlar


Göründüyü kimi, BMT TŞ-nin qətnamələrində Azərbaycanın işğal olunmuş rayonlarının dərhal azad olunması tələb edilir. Lakin bu tələblər 27 ildir kağız üzərində qalıb. Təəssüf ki, bu 27 ildə BMT Ermənistana qarşı təsirli mexanizmlərin işə salınmasına maraq göstərməyib. Baxmayaraq ki, BMT-nin ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrinin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur. O cümlədən danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Ən paradoksal hal odur ki, BMT və Minsk qrupunun həmsədr ölkələri TŞ qətnamələrini görməməzliyə vururlar. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmurlar.

Ermənistana qarşı təzyiqlərin olmaması işğalçının cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Bu ölkə beynəlxalq hüququ və bu qətnamələri ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından daim Ermənistanın işğalçılıq siyasətini ifşa edib, BMT-nin 4 qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırıb. Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər isə Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan sonra atəşi dayandırmağa, problemi danışıqlar masası ətrafında həll etməyə çağırırlar. Bu həmin təşkilatlar və dövlətlərdir ki, 30 ilə yaxın müddətdə bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının işğalına etiraz etməyiblər. Deklorativ bəyanatlar istisna olmaqla bir dəfə də olsun Ermənistanın bu normanı pozmasına görə kəskin etirazlarını bildirməyiblər, işğalçıya qarşı təsirli mexanizmlərin işə salınmasında, BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməsində maraqlı olmayıblar.

Bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi göstərir ki, Azərbaycan BMT-nin 30 ilə yaxındır ki, icra etmədiyi 4 qətnaməsinin tələblərini, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn şərtlərini işğal olunmuş ərazilərimizdə inamla reallaşdırır. Hərbi əməliyyatlar və Ermənistanı cəzalandırma tədbirləri isə həmin qətnamələrin tələbləri tam yerinə yetirilənə, işğala son qoyulana qədər davam edəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM