Alternative content

08:29 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağdakı məğlubiyyət Ermənistanı vətəndaş müharibəsinə sürükləyir
Qarabağdakı məğlubiyyət Ermənistanı vətəndaş müharibəsinə sürükləyir
ANA SƏHİFƏ / SİYASƏT
00:49 22.10.2020


Paşinyan iqtidarı küncə sıxışdırılıb


Qarabağda hərbi əməliyyatların gedişi göstərir ki, Azərbaycan tezliklə yekun qələbəni təmin edəcək və Ermənistan birmənalı şəkildə məğlubiyyətə məhkumdur.

Elə N.Paşinyan hökuməti də vəziyyətinin çıxılmaz olduğunu başa düşdüyünə görə çox gərgindir. Axı, Azərbaycanın hərbi yürüşü danışıqlarda Ermənistanın əsas spekulyativ arqumenti olan "təhlükəsizlik kəməri” adlanan ərazinin, yəni Dağlıq Qarabağa bitişik rayonların tədricən azad edilməsi ilə müşahidə olunur.

Deməli, Ermənistan daha bu rayonlar üzərindən Azərbaycanla hansısa sövdələşmə edə bilməyəcək. Ordumuz bu imkanı Ermənistanın əlindən alır. İndi vəziyyət kəskin şəkildə dəyişib. Ermənistan nəinki aran Qarabağ üzərində nəzarəti itirir, həm də Dağlıq Qarabağın strateji bölgələrindən, məsələn, Hadrutdan geri çəkilib. Bundan əlavə, Ağdərədə strateji mövqelərini itirib.

Azərbaycan Ordusu irəliləməyə davam edir. Ölkəmiz Qarabağda başqa bir vacib bölgədə, Xocavənddə də xeyli uğur qazanıb. Hərbi uğurlarımız status-kvonu tamamilə aradan qaldırıb, təmas xətti pozulub. Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan televiziyadakı çıxışında etiraf edib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət yox, həm də texniki üstünlüyü var. O vurğulayıb ki, bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib: "On iki dəfə çox, bunun nə olduğunu başa düşürsünüz? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub. Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikalar tətbiq edilir. Ən yeni Türkiyə və İsrail texnologiyalarından istifadə olunur. Bu, yeni PUA-lar, yüksək dəqiqlikli raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəsil müharibəsini görürük”. A.Ovannisyan tərəflərin imkanlarının bərabər olmadığını, Azərbaycanın yüksək texnologiyalar seqmentinə böyük diqqət ayırdığını deyib.

"İndi Ermənistanın işğal edilmiş ərazilərdə Azərbaycana müqaviməti əbəsdir və Bakı məqsədinə çatacaq. Sadəcə, hələ də müqavimət niyyətindən əl çəkməyən Nikol Paşinyan iqtidarı bu siyasəti ilə daha böyük müharibə cinayətlərinə imza atmış olur”. Bunu isə Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib. O, qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan tərəfindən 27 ildən çox müddətdə zəbt edilmiş ərazilərinin artıq müəyyən hissəsini öz nəzarəti altına alıb: "Ermənistanın baş naziri bu müharibənin əsas səbəbkarıdır. Bu halda Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı da olan Nikol Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”.

Politoloqun fikrincə, Ermənistanda hakimiyyət hərbi komitəyə ötürülə bilər: "Buna səbəb Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti və Rusiyanın Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəməməsidir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir. Çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Rusiyalı ekspert Andrey Petrov da baş verənlərdə günahkar kimi Paşinyanı görür və Ermənistanın məğlubiyyətini qaçılmaz sayır: "Məsələn, Gəncəyə son raket zərbəsindən sonra əminliklə deyə bilərik ki, həqiqətən, hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar”.

Ekspertin sözlərinə görə, Paşinyan rejiminin mülki Azərbaycan əhalisi ilə bağlı planı var: "Ermənistanın hakimiyyətinin Azərbaycanın dinc sakinlərini öldürmək və qorxutmaq kimi planları və məqsədləri var. Və bu planı mərhələli şəkildə həyata keçirir. Beynəlxalq təşkilatlar neytrallıq oyununu dayandırmalı, Ermənistanın hərbi cinayətini, bu cinayətin dəlillərini tanımalıdır. Ermənistana təzyiq göstərilməlidir ki, onlar terrorçu hərəkətlərindən əl çəksinlər”.

Paşinyan xalqına qarşı da cinayət edir. Ermənistan əhalisi onlar üçün əhəmiyyətsiz və mənasız müharibədə döyüşmək istəmir. 55 yaşadək kişilərin Qarabağı tərk edərək Ermənistana getməsi qadağan olunsa da, onları saxlamaq mümkün olmur. Xüsusən, gənclərin böyük hissəsi artıq bölgəni tərk edib.

Ermənistan hakimiyyəti və ermənilər başqasının torpağında gözü olduqlarına, özgə torpağını işğal etdiklərinə görə bu gün cəzalarına çatırlar. Ermənistanın indiki hakimiyyəti düşdüyü məğlub vəziyyətdən çıxmaq üçün yol axtarır. Ancaq daxili kin, hikkə və nifrət onlara reallığı dərk etməyə imkan vermir. Bu da Ermənistan üçün daha acı məğlubiyyəti qaçılmaz edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM