Alternative content

15:19 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Eyvazov: “Qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə tam olaraq nəzarət edir”
Anar Eyvazov: “Qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə tam olaraq nəzarət edir”
ANA SƏHİFƏ / SİYASƏT
00:49 22.10.2020


Ötən müddətdə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində əməliyyatlar davam edib. Düşmən müdafiə mövqelərimizi və Tərtər rayonunun ərazisini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Döyüş əməliyyatlarında cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində olan düşmən bölmələri artilleriya bölmələrimiz tərəfindən məhv edilib.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 21-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və döyüş texnikası sarıdan itkilər verərək geri çəkilməyə məcbur edilib. Tərk edilmiş düşmən mövqeləri bölmələrimizin nəzarətindədir. Ordumuzun apardığı əməliyyatlarda alay komandiri, alayın artilleriya rəisi, tabor və divizion komandirləri daxil olmaqla düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Üç artilleriya qurğusu, bir neçə minaatan və üç yük avtomobili sıradan çıxarılıb. Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Əlavə olaraq Gəncə, Goranboy, Tərtər, Füzuli və Horadiz istiqamətlərində düşmənin altı pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin bu gün etiraf etdiyi həqiqətləri Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb. Azərbaycan Ordusu istifadə etdiyi yüksək texnoloji vasitələrlə düşməni qat-qat üstələyib.

Polkovnik-leytenant Anar Eyvazov qeyd edib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müasir ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinə müasir hərbi strategiya və taktikaya, hərb elminə dərindən yiyələnmiş komandirlər rəhbərlik edirlər.

Ordumuzun arsenalında olan yüksəkdəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunur, onların imkanlarının əməliyyatlarda birgə taktiki istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib.

Hazırda ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin otuz illik müddətdə qurduğu müdafiə xətti, onların silah və texnikası, cəlb etdikləri muzdlu döyüşçülərin döyüş təcrübəsi heç bir işə yaramır, onların idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir.

Brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan Ordusunun əsas dayağı güclü dövlət-xalq-ordu birliyidir. Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından sonra daha da cəsarətlənir, irəli atılır, xalqımızın birliyindən və döyüş ruhundan mənəvi güc alır. Vahid komandanlıq altında idarə olunan Azərbaycan Ordusunun bütün bölmələri döyüş meydanında əsl peşəkarlıq, qəhrəmanlıq və böyük fədakarlıq nümayiş etdirir.

"Biz bu münasibətlə hər bir Azərbaycan vətəndaşına minnətdarlığımızı bildiririk. Bir daha əmin edirik ki, Ali Baş Komandanın əmrinə uyğun olaraq işğal altındakı bütün torpaqlarımız tezliklə azad ediləcək. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov bildirib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM