Alternative content

08:46 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərtütün ASK” MMC-nin emal məntəqələrində 1653 tondan çox quru tütün istehsal olunub
“Azərtütün ASK” MMC-nin emal məntəqələrində 1653 tondan çox quru tütün istehsal olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 22.10.2020


Erməni təxribatları nəticəsində sentyabrın 27-dən etibarən Qarabağ bölgəsində müharibənin yenidən alovlanması, bu təxribatların qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Ordusunun zəfər yürüşü, cəbhədən gələn qələbə müjdəli xəbərlər bütün vətəndaşlarımızı, o cümlədən aqrar sahədə çalışanları daha da ruhlandırıb.

Torpaq mülkiyyətçiləri ölkəni bol kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün əzmlə çalışır, arxa cəbhədə fədakarlıq nümayiş etdirirlər.

AZƏRTAC xəbər verir ki, hazırda respublikamızın şimal-qərb bölgəsi rayonlarında "Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 12 min 672 tondan çox yaşıl tütün kütləsi daxil olub.

Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri Mütəllib Mustafayevin verdiyi məlumata görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 4 min 376,6 ton, Zaqatala rayonu üzrə 3 min 19,2 ton, Balakən rayonu üzrə 2 min 700,4 ton, Qax rayonu üzrə isə 2 min 575,8 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 250 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda bu günədək emal məntəqələrində 1 min 653 ton 195 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Qeyd edək ki, "Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə "Virciniya botaniki” növlü tütün əkilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM