Alternative content

08:38 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Son günlər onlarca kəndə qaz xətti çəkilib
Son günlər onlarca kəndə qaz xətti çəkilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 22.10.2020


Dövlət ən çətin məqamlarda da əhalinin qayğılarını diqqət mərkəzində saxlayır


Namərd yağı ilə apardığımız Vətən müharibəsi, haqq savaşı günümüzün ən vacib məsələsinə çevrilib. Hamı qəlbən, ruhən, işi-əməli, dəstəyi ilə döyüşən ordumuzun, eləcə də erməni vandallarının terror törətdiyi şəhər və kəndlərimizin sakinlərinin yanındadır. Digər tərəfdən, koronavirus pandemiyası bizi sınağa çəkib. Bununla belə, arxa cəbhədə həyat dayanmır. İnsanlar çalışır, işləyir, payızın bol nemətlərini toplayır, qışa tədarük edir, qurub-yaradır.

Belə çətin bir dövrdə xalqın rahatlığına və rifahına xidmət edən infrastruktur layihələrinin icra edilməsi də arxa plana keçməyib. Məsələn, mavi yanacaq almayan yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulduğu qaydada davam etdirilir.

"Azəriqaz” İstehsalat Birliyi 2 milyon 300 mininci abonentini qeydə alıb. Bu, Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan Sevda İsifovadır. Uşaq bağçasında tərbiyəçi işləyən Sevda xanıma təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. O, "Azəriqaz” rəhbərliyinə minnətdarlıq edib və növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamənin tezliklə işğaldan azad olunan torpaqlarımızda verilməsi arzusunu bildirib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində əhali sektoru üzrə 54 min 338 yeni abonent qeydiyyata alınıb. Bununla da əhali abonentlərinin sayı 2 milyon 303 min 513 nəfərə çatıb.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarına uyğun olaraq Azərbaycanda uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində genişmiqyaslı işlər görülüb. Nəticədə şəhərlərin, rayon mərkəzlərinin, iri kənd və qəsəbələrin mavi yanacaq problemi tam həll olunmaqla yanaşı, ən ucqar dağlıq ərazilərdəki yaşayış məntəqələri də qazla təmin edilib. Qaz xətləri hətta sovet dönəmində mavi yanacaqdan istifadə etmək imkanı olmayan yerlərədək çatıb.

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirmişdir ki, qazlaşdırmanın 96 faizə çatmasına baxmayaraq, yenə də dövlət investisiya proqramında SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dövlət büdcəsindən 130 milyon manat vəsait verilməsi nəzərdə tutulur.

Cari ilin əvvəlində dövlət başçısı bununla bağlı bir sıra sərəncamlar imzalamışdır. Sərəncamların birinə əsasən, 4 şəhər və rayon üzrə 6 yaşayış məntəqəsində 1700-dən çox fərdi yaşayış evinin təbii qazla təmin olunması nəzərdə tutulmuşdur. Həmin sərəncamla SOCAR-a 9 milyon manat vəsaitin ayrılması tapşırılmışdır.

Növbəti bir sərəncama əsasən, Ağstafanın, Gədəbəyin, Şəmkirin, Tovuzun bir sıra kəndlərinin qazlaşdırılması planlaşdırılmışdır. Bu işlərə 8 milyon 190 min manat vəsait xərclənəcək.

Prezident İlham Əliyev eləcə də Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, bu məqsədlə 10 milyon 920 min manat vəsait sərf olunacaq.

Cari ildə qazlaşdırılmış və qarşıdakı aylarda qazla təmin olunacaq yaşayış məntəqələrinin adlarından ibarət siyahını xeyli uzatmaq mümkündür.

Dövlət başçısı qazlaşdırma işlərinin davamlı olmasının vacibliyini dəfələrlə vurğulamışdır: "Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq”.

Xatırladaq ki, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 2010-cu il yanvarın 1-də 62,2 faiz təşkil edirdi. Həmin vaxtdan indiyədək bu göstərici 34 faizdən çox artıb.

Beləliklə, qazlaşdırılan kənd və yaşayış massivlərinin sayı getdikcə artır. Cari ilin 9 ayı ərzində 7214,6 kilometr yeni qaz kəməri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunmuşdur. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 158 yaşayış məntəqəsi qazlaşdırılaraq mavi yanacaqla təmin edilmişdir.

Elə bu yaxınlarda Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilmişdir. 414 abonenti olan Aşıqalılar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1702 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 30 142 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Yuxarı Çəmənli kəndində də 110 abonentin mənzilinə qaz çəkilmişdir.

Hazırda Beyləqan rayonunun daha beş kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə həmin yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Salyan rayonunun Bəşirbəyli kəndinə yenidən təbii qaz verilmiş, 233 abonentin mənzilində mavi yanacaq şölələnmişdir. Rayonun Pambıqkənd kəndinə də yenidən təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. 238 evə qaz çəkilmiş, sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Salyanın daha iki kəndinə qazın verilməsi üçün tikinti quraşdırma işləri davam etdirilir.

Ağdaş rayonunun Aşağı Ləki kəndinə yenidən təbii qazın verilməsi üçün aparılan işlər başa çatdırılmış və qazın açılışı həyata keçirilmişdir. Qazla təmin olunan 321 abonentin hər biri üçün sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qazın verilməsi təmin edilmişdir.

Sərhəd kəndləri də unudulmayıb. Mənfur qonşularımız tərəfindən zaman-zaman atəşə tutulan və yağıya mərdliklə sinə gərən Tovuzun Ağdam kəndində də qazlaşdırma işləri aparılıb. Bu vaxtadək qaz almayan bir sıra evlərə qısa vaxt ərzində xətt çəkilib.

Qarşıdan qarlı, şaxtalı qış ayları gəlir. İndiyədək mavi yanacaqdan istifadə etmək imkanı olmayan yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması bir daha göstərir ki, dövlət həmişə vətəndaşının yanındadır, düşmənlə vuruşduğumuz, pandemiya ilə mübarizə apardığımız çətin məqamlarda da insanların rahatlığına və rifahına qayğını diqqət mərkəzində saxlayır.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM