Alternative content

14:59 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xaçmazda Fransadan gətirilən arpa və buğda sortlarının əkin sahəsi iki dəfə artırılıb
Xaçmazda Fransadan gətirilən arpa və buğda sortlarının əkin sahəsi iki dəfə artırılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:45 22.10.2020


Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində buğdanın "Renan” və "Barok”, arpanın isə "Ramata” növləri becərilir.

Layihə Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən birgə həyata keçirilir. Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin şöbə müdiri İmamhüseyn Şirinov bildirib ki, ötən il 100 hektar sahədə Fransadan gətirilən sortlar əkilib. Həmin taxıl sahələrindən yüksək məhsuldarlıq əldə edildiyindən bu il əkin sahəsi 200 hektara qədər artırılıb. Müəssisə tərəfindən ümumilikdə yerli və xarici sortlar olmaqla 750 hektar sahədə taxıl səpini aparılacaq.

"Bizim müəssisə əsasən elit toxumların becərilməsi üzrə ixtisaslaşıb. Ötən gün Naxçıvan Muxtar Respublikasına 100 ton elit reproduksiyalı toxum göndərdik. Bu il Fransadan gətirilən yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini uğurlu nəticə verib. Arpanın "Ramata” sortunun becərildiyi sahələrdə də hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Bu yüksək nəticədir. Gələn il əkin sahələrimizdən daha çox məhsul toplayacağımıza əminəm”, - deyə İ.Şirinov söyləyib.

Aqronom Əbülfəz Abbasov bildirib ki, gün ərzində 50 hektardan çox sahədə əkin aparılır. "İki gündür səpin aparılır. Səpin zamanı şumaltı mineral gübrələrdən istifadə olunur. Yeni sortların səpin normativləri də yerli sortlardan fərqlənir. Ənənəvi sortlarda bir hektara 200-250 kiloqram buğda səpilirdisə, fransız sortlarında bu göstərici 180 kiloqramdır. Bu da fermerlərə əkin materialına 50-70 kiloqram arası qənaət etməyə imkan verir”, - deyə Ə.Abbasov bildirib.

Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60-70 sentnerdən yuxarıdır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM