22 Oktyabr 2020 00:44
494
SİYASƏT
A- A+

Birliyimizdən qürur duyuruq


İllərdən bəri təcavüzkar siyasət apararaq torpaqlarımıza göz dikən Ermənistan öz avantürist siyasətinin qurbanına çevrilir. Halbuki bu dövr ərzində münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlarda konstruktiv mövqe tutsaydı, indi döyüş meydanlarında bu sayda itki verməzdi.

Ordumuz bu günlər öz qüdrətini döyüş meydanında bir daha nümayiş etdirir, qələbələrinin sayını artırmaqla hər birimizə sonsuz sevinc yaşadır. Ermənilər işğal etdikləri ərazilərdən qovulur, o torpaqlarda Azərbaycanın üçrəngli müqəddəs bayrağı ucaldılır. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, Azərbaycanın varlığı uğrunda, gələcək nəsillər uğrunda tarix yazırlar. Düşmən minlərlə canlı qüvvəsini və texnikasını itirir. Lakin aldığı zərbələrə baxmayaraq, mənasız müqaviməti davam etdirir, ərazilərimizi yenidən zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir, cəbhə xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Beyləqan kimi iri yaşayış məntəqələrini raketlərlə atəşə tutur.

Amma bizim işimiz haqq işidir. Bu tarixi günlərdə hər birimizin qəlbi cəbhədəki qələbələrimizdən doğan fərəh hissi ilə döyünür. Hamımız bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Bilirik ki, məhz Prezidentimizin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq. Vətənimiz Azərbaycanın hər yeri kimi, Qarabağ diyarı da abadlaşıb inkişaf edəcək. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuz bir daha işğala məruz qalmayacaq.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir! Bu məqsəd uğrunda çalışmaq isə mövqeyimizdən, yaşımızdan, vəzifəmizdən asılı olmayaraq hər birimizin borcudur. Həmişə dövlətin, dövlətçiliyin yanında olan cəlilabadlıların xalqımızla birlikdə qələbəni yaxınlaşdırmaq üçün silaha sarılaraq yağı düşmənə qarşı vuruşmağa hazır olduqlarını bildirməsi, rayon Çağırış və Səfərbərlik Xidmətinə qısa müddətdə xeyli cavanların müraciəti bu borcun müqəddəsliyindən xəbər verir. Bu birlikdən, bütövlükdən necə sevinməyəsən, qürurlanmayasan?!

Aydın HÜSEYNOV,

Cəlilabadda çıxan "Yeni gün” qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video