21 Oktyabr 2020 19:18
391
SİYASƏT
A- A+

Özbəkistan səfiri: Mən Gəncədə gördüklərimdən çox sarsıldım


Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Ermənistanın raket hücumlarına məruz qalan Gəncə şəhərinə və bir sıra rayonlara səfərinin nəticələrinə dair bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, səfir həmkarları ilə bir neçə dəfə Gəncə şəhərinə və bir sıra rayonlara səfər etdiyini bildirib. Səfirin "Region Plus” jurnalında yayılan bəyanatında deyilir: "Bu səfərlər zamanı mən raket zərbələrinin ağır nəticələrini öz gözlərimlə gördüm. Gördüyüm hər şeydən sarsılmışam: ən kədərlisi odur ki, günahsız insanlar həlak olur”.

Diplomat qeyd edib ki, Gəncəyə vurulan raket zərbələri nəticəsində qurbanların sayının daha çox olmasının qarşısının alınmasına Azərbaycanın müvafiq səlahiyyətli orqanlarının, o cümlədən evlərin dağıntıları altından sakinləri xilasetmə əməliyyatları təşkil edən Fövqəladə Hallar Nazirliyinin operativ reaksiya verməsi sayəsində nail olunub.

Səfir qeyd edib ki, Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının rəhbərliyi Dağlıq Qarabağ ətrafında silahlı qarşıdurma və xüsusilə Azərbaycanın dinc əhalisi arasında insan itkiləri ilə əlaqədar narahatlığını ifadə edib. "Özbəkistanın prinsipial mövqeyini yenidən təsdiq etmək istərdim. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə şərtsiz riayət etməklə Dağlıq Qarabağ münaqişəsinin tez bir vaxtda həllinin zəruriliyindən ibarətdir”, - deyə B.Aşrafxanov bildirib.

Səfir həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara tezliklə sağalmalarını diləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video