21 Oktyabr 2020 19:15
434
SİYASƏT
A- A+

Səfirlik: Qətər-Azərbaycan əlaqələri qarşılıqlı hörmət, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır


İki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Qətər-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və ehtiram, müştərək mənafelər, sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır. Bu əlaqələr güclüdür və siyasi müstəvidə özünəməxsusluğu ilə seçilir.

Bu barədə AZƏRTAC-a Qətərin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Bu yaxınlarda, hətta bilavasitə cavab verməyə layiq olmayan bəzi elektron informasiya vasitələrinin dəqiq və dürüstlüyü özündə əks etdirməyən məlumatlar yayması ölkələrimiz arasındakı güclü əlaqələrə təsir etməyəcək. Çünki "Qətər Hava Yolları” dünya səviyyəsində ən öndəgedən aviasiya şirkətlərindən biridir. O, peşəkarlıqla və beynəlxalq mülki aviasiya sazişlərinin qaydalarına (Çikaqo müqaviləsi)uyğun olaraq fəaliyyət göstərir. "Qətər Hava Yolları” şirkəti COVID-19 pandemiyası səbəbindən bir çox aviasiya şirkətlərinin öz işini dayandırdığı şəraitdə beynəlxalq aləmdə çarəsiz qalmış on minlərlə sərnişinin ölkələrinə qayıtmasında önəmli rol oynayıb.

Bununla əlaqədar olaraq, Qətərin Bakıdakı səfirliyi bəzi elektron kütləvi informasiya vasitələrinin peşəkar və işlərində qərəzsiz olacağına, məqsədyönlü və faktlara əsaslanan xəbərlər verəcəyinə ümid edir. Bu, daha çox fayda verər, dövlətlərin və xalqların mənafeyinə uyğun olar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video