21 Oktyabr 2020 19:12
453
SİYASƏT
A- A+

Rusiya mətbuatı: Ermənistan Dağlıq Qarabağdakı münaqişəyə Rusiyanı cəlb etmək cəhdlərini davam etdirir


Ermənistan Dağlıq Qarabağdakı münaqişəyə Rusiyanı cəlb etmək cəhdlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə "News.ru” Rusiya portalında dərc olunan məqalədə deyilir. Materialda vurğulanır ki, erməni tərəfi Qarabağda baş verənləri müsəlman və xristian dünyasının qarşıdurması kimi təqdim etməyə cəhd göstərir, lakin hadisələrin bu cür stereotip mənzərəsi əsla ağlabatan deyil.

Məqalədə xatırladılır ki, ötən həftə erməni tərəfi Azərbaycanı Şuşadakı Müqəddəs Xilaskar İsa Məbədinin atəşə tutulmasında ittiham edib. Müəllif yazır: "Hər şeydən əvvəl Şuşadakı məbədə zərbənin qəsdən endirilməsini sübut etmək qeyri-mümkündür. Kilsə döyüş əməliyyatları zonasında yerləşir, buna görə də oraya mərmilərin təsadüfən düşməsini istisna etmək olmaz. Eyni zamanda, Ermənistan Azərbaycanın sərhəddən uzaqda yerləşən Gəncə, Tərtər və Mingəçevir şəhərlərini operativ-taktiki raket komplekslərindən atəşə tutmaqdan xəcalət çəkmir. Bu hücum dinc sakinlərin ölümü ilə nəticələnir. Belə hərəkətlərin məqsədi aşkardır – Bakını bilavasitə Ermənistan ərazilərini atəşə tutmağa təhrik etmək və bununla da Yerevanın Moskvadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müdafiə istəməsinə şərait yaratmaq”.

Materialda deyilir ki, erməni tərəfinin münaqişəyə Rusiyanı cəlb etmək niyyəti iflasa uğrayandan sonra təkcə münaqişəni beynəlmiləlləşdirmək cəhdləri deyil, həm də dini etiqad amilindən istifadə cəhdləri kimi digər alətlər işə düşür: "Qarabağda baş verənlər erməni KİV-ləri və lobbiçiləri tərəfindən Azərbaycan və Türkiyə müsəlman ittifaqının "qardaş xristian xalqına” toxunan döyüş əməliyyatları kimi, bəzən də hətta sünni Türkiyənin şiə İrana qarşı mübarizəsi kimi təqdim edilir. Mütəxəssislər üçün bu tezislər absurd görünür: tanınmış rusiyalı islamşünas Aleksey Malaşenkonun qeyd etdiyi kimi, "Qarabağ münaqişəsində şiə-sünni qarşıdurması barədə ideyanın müəllifinə müdriklərin kitablarını daha çox oxumağı məsləhət görmək olardı”.

Məqalədə qeyd edilir ki, Azərbaycan, hətta onun sakinlərinin 90 faizindən çoxunun özlərini müsəlman hesab etməsi faktı nəzərə alınsa belə, dünyəvi dövlətdir. Bakı bütün konfessiyalara, o cümlədən xristianlara qarşı dözümlülüyü vurğulayır. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası yenidən qurulub, pravoslav mənbələrin təsdiqlədiyi kimi, o vaxtdan Yeparxiya hakimiyyət orqanları ilə, o cümlədən məbədlərin bərpası və yenidən qurulması sahəsində səmərəli əməkdaşlıq edir.

"Ekspertlər vurğulayırlar ki, Yerevanın dini ziddiyyətlərdən istifadə etmək cəhdləri münaqişənin dinc yolla həllini yalnız uzaqlaşdırır. Bu münaqişə təbliğatçı məqsədlərə deyil, beynəlxalq hüquqa əsaslanaraq həll olunmalıdır. Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov da bununla razıdır. Nazir bu günlərdə hər iki tərəfi ilk növbədə dinc nizamlama perspektivlərini məhv edən qarşıdurma ritorikasından imtina etməyə çağırıb”, - deyə müəllif sonda bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video