21 Oktyabr 2020 16:09
569
SİYASƏT
A- A+

BBC-nin məşhur reportyoru Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı fəsadlarla bağlı reportaj hazırlayıb


BBC-nin dünyaca məşhur reportyoru Orla Querin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlarla bağlı reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, BBC komandası Azərbaycanda olduğu 5 gün ərzində Bakı şəhərindən Tərtərə, Gəncəyə gedib. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı mülki əhalinin hansı düşüncə və hisslərlə yaşadıqlarını öz tamaşaçılarına çatdırıblar.

Şəhidlər xiyabanından kadrlarla başlayan reportajda birinci həmsöhbətlər Azərbaycan gəncləri olub. Onlar əsgərlərimizə güvənərək torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deyiblər. Müxbir daha sonra 1990-cı illərdə Dağlıq Qarabağdan didərgin düşərək məcburi köçkünə çevrilən, Bakıda məskunlaşan insanlarla söhbət edib. Sakinlər ermənilərin onları doğma yurdlarından qovduqlarını müxbirin diqqətinə çatdırıblar və öz dədə-baba torpaqlarına qayıdacaqlarına inandıqlarını deyiblər. Daha sonra müxbir və onun komandası Azərbaycanın ermənilər tərəfindən ən çox hücuma məruz qalan Tərtər şəhərində olub. Yolboyu ermənilərin atdığı mərmilərin yaratdığı fəsadlar izləyicilərin diqqətinə çatdırılıb.

Orla Querin müvəqqəti sığınacaqda yaşayan insanlarla da söhbət edərək onların başına gələn dəhşətli anları öz süjetinə əlavə edib. BBC-nin reportyoru Goranboyda evinə düşən top mərmisi nəticəsində həyatını itirən Türyan Quliyevanın cənazəsinə də şahidlik edib, ailənin başına gələn faciəni yaxınlarından öyrənib.

Süjetin ən ağrı-acılı hissəsi Tapqaraqoyunlu kəndində lentə alınıb. Döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanan və ailəsini itirən baş çavuş Nadir Qurbanov başına gələnlərdən danışıb. Onun hələ də ermənilərin atdığı mərmi nəticəsində ailəsinin 5 üzvünün həlak olmasının şokunu yaşadığı qeyd edilib.

Reportyor sonda iki ölkə arasında razılaşdırılan atəşkəsdən sonra ermənilər tərəfindən vurulan raket zərbəsindən sonra Gəncə şəhərinin mərkəzində dağılan evlərə baş çəkib. Orada olanları ətraflı göstərərək faciənin böyüklüyünü diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video