21 Oktyabr 2020 14:11
439
SİYASƏT
A- A+

Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüş


Oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub, dağılmış evlərə və mülki obyektlərə baxıb.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüblər.

Sakinlərlə görüşən Baş nazirin müavini bildirib ki, dağılan evlər yenidən qurulacaq. Prezident İlham Əliyev bununla bağlı bütün tapşırıqları verib.

"Ermənilər dinc sakinlərə, uşaqlara, yuxuda olan insanlara atəş açırlar. Bu, insanlığa qarşı cinayətdir. Düşmən bir daha öz qatil simasını göstərdi. Azərbaycan dövləti düşmənin hər bir təxribatına layiqincə cavab verir. Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xain hücumun əvəzini döyüş meydanında çıxır. Azərbaycan əsgəri qadına, uşağa, qocaya əl qaldırmır, bundan sonra da qaldırmayacaq. Gəncə hadisələrini törədən Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onlar bu xain hərəkətlərinin ağır nəticələrini görürlər və görəcəklər. Onlar Azərbaycan xalqının və Ordusunun ən ağır cəzasını alacaqlar”, - deyə o qeyd edib.

Görüşdə vurğulanıb ki, Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara Yeni Azərbaycan Partiyası tərəfindən təqaüd veriləcək.

Xatırladaq ki, ermənilərin Gəncədə törətdiyi sonuncu terror oktyabrın 17-də olub. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 50-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi faciə zamanı isə Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanmışdı.

Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U”, "Smerç”, "Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video