21 Oktyabr 2020 13:07
429
SİYASƏT
A- A+

Türk Şurasından Azərbaycana dəstək


Baş katib Bağdad Amreyev: Bu mübarizədə Azərbaycanın yanındayıq


İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir.

AZƏRTAC xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş yayılıb.

Baş katib deyib: "Ermənistanın mülki azərbaycanlı əhalini hədəf almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq”.

Dağlıq Qarabağda baş verən prosesləri diqqətlə izlədiklərini, türkdilli ölkələrin, Türk Şurasının, ümumiyyətlə bütün türk dünyasının Azərbaycanı dəstəklədiyini vurğulayan Baş katib deyib: "Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir. Biz bu mübarizədə Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq”.

Qeyd edək ki, Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan evlərə baxıb. Baş katib Ermənistanın Gəncəyə ballistik raket hücumunu qətiyyətlə pisləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video