21 Oktyabr 2020 09:03
542
SİYASƏT
A- A+

Qətərin “Əl-Raya” qəzeti: Ermənistan ordusu humanitar atəşkəsi pozaraq Gəncə şəhərini raket atəşinə məruz qoyub


Qətərdə ərəb dilində nəşr olunan "Əl-Raya” qəzetində Gəncə şəhərinə edilmiş hücumla bağlı məlumat dərc edilib.

Azərbaycanın Qətərdəki Səfirliyindən AZƏRTAC-a bildirilib ki, yazıda erməni ordusunun oktyabrın 17-də gecə vaxtı Gəncə şəhərini raket atəşinə məruz qoyması və nəticədə13 mülki şəxsin həyatını itirdiyi haqqında məlumat verilir.

Yazıda qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binasına endirilmiş raket zərbələri 13 nəfərin həyatını itirməsinə, 45 nəfərin ağır yaralanmasına, çoxlu bina, ev, iş yerləri, nəqliyyat vasitələri və s. zərər görməsinə səbəb olub.

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) dərc edilən xəbərlərə istinadən verilən məlumatlarda qeyd olunub ki, erməni qoşunları humanitar atəşkəsi pozaraq növbəti dəfə döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket atəşinə məruz qoyub.

Yazıda dağıntılar altından həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və yararlıların xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, bu vaxta qədər 52 nəfərin dağıntılar altından çıxarıldığı diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video