Alternative content

14:52 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 280 tank, 198 top, 74 PDM, 4 “S-300”, 300 yük avtomobili...
280 tank, 198 top, 74 PDM, 4 “S-300”, 300 yük avtomobili...
ANA SƏHİFƏ / SİYASƏT
00:43 21.10.2020


Azərbaycan Ordusu hər gün düşmənin hərbi texnikalarını məhv edir və ya qənimət götürür


Azərbaycan Ordusunun haqq savaşı davam edir. 24 gündür Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi əməliyyatlar və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını atıb tutduğu mövqelərdən qaçırlar. Panikada olan düşmən geri çəkilir və ya ağ bayraq qaldıraraq təslim olur.


Düşmən yenə də humanitar atəşkəs rejiminə məhəl qoymur


Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, cəsədlərin toplanılması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır.

Lakin Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini ağır artilleriya və minaatanlardan atəşə tutur. Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində - Tovuz, Daşkəsən rayonlarında Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulur. Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu gündən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda düşmənin hücumları bölmələrimiz tərəfindən qətiyyətlə dəf olunub və geri çəkilmələrinə məcbur edilib.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, oktyabrın 19-dan 20-nə keçən gecə Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl, həmçinin Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 5 ədəd T-72 tankı, 6 ədəd BM-21 "Qrad” YARS, 2 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 16 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ümumiyyətlə, indiyədək davam edən döyüşlərdə düşmənin 280 tankı, 198 müxtəlif çaplı topları, 50 piyadaların döyüş maşını, 17 özüyeriyən artilleriya qurğusu, 2 "Uraqan” sistemi, 1 "TOS” odsaçan, 2 "Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 "Toçka-U”, 4 "S-300”, 35 OSA Zenit raket kompleksi, 3 "TOR”, 5 "Kruq”, 1 "S-125”, 1 "Tor-M2KM” zenit raket kompleksləri, 300 yük avtomobili, 1 "Su-25” təyyarəsi, 1 BM-25 "Qrad” yaylım atəşli reaktiv sistemi, 26 artilleriya batareyası məhv edilib.

Düşmənin 39 tankı, 24 piyadaların döyüş maşını, 102 yük avtomobili qənimət götürülüb.


Ermənilər döyüşməkdən imtina edir, savaş meydanından qaçırlar


Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri, kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-cı alayın müdafiə sahəsində alay komandiri, polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 2 "KamAZ”, 1 "Ural”, 3 "QAZ”, 2 "UAZ”, 1 "Niva” markalı avtomobil və 1 traktor qənimət kimi ələ keçirilib. Texnikaların hamısı işlək vəziyyətdədir.


Azərbaycan Ordusu regionun ən güclüsü olduğunu təsdiq edir


24 gündür davam edən haqq savaşımız Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirir. Nəinki erməni əsgəri, hətta xarici ölkələrdən gətirdikləri muzdlu terrorçular da yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmir. Ordumuz sözdə yox, əməldə də regionda ən güclü olduğunu göstərir. Bu da bir daha təsdiqləyir ki, ordumuz işğal altında olan ərazilərimiz tam geri qaytarılana qədər döyüşlərini davam etdirəcək.

İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxan xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Hər kəs əmindir ki, döyüş meydanında düşmənə qalib gələn və qazandığı qələbələrin sayını getdikcə artıran ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağı işğaldan tam azad edəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM