Alternative content

15:41 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni işğalçılarının növbəti hədəfi pambıqtəmizləmə zavodu oldu
Erməni işğalçılarının növbəti hədəfi pambıqtəmizləmə zavodu oldu
ANA SƏHİFƏ / SİYASƏT
00:41 21.10.2020


Dünyanın güclü dövlətlərinə, siyasi liderlərinə "Azərbaycanı durdurun” deyə dil tökən Ermənistan rəhbərliyi eyni zamanda kəndləri, şəhərləri, dinc əhalini, mülki obyektləri, məktəb və uşaq bağçalarını, xəstəxanaları artilleriya atəşlərinə, raket zərbələrinə hədəf seçməklə törətdiyi dəhşətli cinayətlərinin miqyasını genişləndirməkdədir.

Xəbər verildiyi kimi, düşmən hücumlarına mətanətlə sinə gərən Tərtər oktyabr ayının 19-da yenidən işğalçıların artilleriya hücumuna məruz qalmışdır. Bu dəfə əsas hədəf rayonun Azadqaraqoyunlu kəndi ərazisində yerləşən pambıqtəmizləmə zavodu olmuşdur.

Zavodun direktoru Feruz Hacıyev:

- Döyüş meydanında zəifliyini, məğlub olduğunu görən ermənilər yaşayış məntəqələrini, mülki obyektləri, dinc əhalini atəşə tutmaqdan çəkinmir. Oktyabrın 19-da günorta saatlarında düşmən bizim zavodu şiddətli artilleriya atəşinə tutdu. Müəssisənin ərazisinə düşən 30-dan çox mərmi binaları, avadanlıqları yararsız hala saldı, yanğın törətdi. Yanğın nəticəsində 600 tondan çox mahlıc külə döndü. Təsadüfdən zavodun işçiləri arasında həlak olan, xəsarət alan olmadı. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri həyatlarını təhlükəyə ataraq, sözün həqiqi mənasında, fədakarlıq göstərdilər.

İstehsal müəssisəsini, dinc işçiləri hədəf seçməsi bir daha erməni barbarlarının iç üzünü göstərir. Eyni əraziyə eyni vaxtda 30-dan çox mərminin atılması onu deməyə əsas verir ki, düşmən bu hədəfi məqsədyönlü şəkildə seçib. Niyyəti dinc əhalini qətlə yetirməklə bərabər, iqtisadiyyatımıza zərbə vurmaq olub. Amma bu zaman unudublar ki, belə terror əməllərlə Azərbaycan iqtisadiyyatına zərbə vurmaq mümkün deyil. Qoy, mənfur düşmən bu əməliylə əlimizi işdən soyutduğunu düşünməsin, əksinə, özünə qarşı nifrətin daha da artdığının fərqində olsun.

Lazım QULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM