Alternative content

09:20 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
00:21 01.12.2020 Ağdam Çörək Muzeyi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəbhədən gələn qələbə xəbərləri gəncəlilərə dərdlərini unutdurur
Cəbhədən gələn qələbə xəbərləri gəncəlilərə dərdlərini unutdurur
ANA SƏHİFƏ / SİYASƏT
00:37 21.10.2020


Cəbhədə məğlubiyyətlərlə üzləşən Ermənistanın hərbi-siyasi hakimiyyəti vandallıq edərək ölkəmizin dinc yaşayış ərazilərini hədəfə almaqda davam edir. Lakin xalqımız, o cümlədən iki dəfə raket atəşinə məruz qalmış gəncəlilər nikbindirlər. Çünki bizi nə raket, nə də düşmənin hər hansı təxribatı sındıra bilər.

Gəncənin 3 yaşayış məntəqəsində olan evlərin yeri xarabazarlığa çevrilsə də, sakinlər arasında qələbəyə böyük inam var və onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək uzun illər ürəklərində bəslədikləri bu arzu ilə yaşayırlar.

Oktyabrın 17-də Gəncənin mərkəzinə atılan raket şəhərdə çox böyük dağıntılar törətmişdir. Nəticədə 14 nəfər həlak olmuş, 55 nəfər yaralanmış və 20-yədək ev tamam dağılaraq yararsız hala düşmüşdür. Tək bu faktlar Ermənistan xuntasının anti-insani, faşist simasını bir daha üzə çıxarır.

Gəncəyə raket hücumu gecə yarı olmasına baxmayaraq, bütün şəhər sakinləri hadisə yerinə tələsirdilər. Tələsirdilər ki, dağılmış evlərin altında qalan insanlara müəyyən qədər köməkləri dəysin. Ancaq Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, eləcə də aidiyyəti qurumların nümayəndələri artıq hadisə yerində idilər və uçqun altında qalanların sağ qalması üçün tədbirlər görürdülər.

Hadisə vaxtı daha çox faciə ilə üzləşən Əsgərovlar ailəsi oldu. Bir ailədən 5 nəfər həlak olmuşdu. 15 yaşlı Nigar Əsgərova ad gününə hazırlaşırdı. Lakin onun ad günü erməni terroru nəticəsində yasa döndü. Çünki ailədən körpə uşaqdan başqa heç kim qalmamışdı.

Raket hücumunda Şahnəzərli ailəsinin də itkisi az deyildi - 3 nəfər. Röyal, onun həyat yoldaşı Züleyxa və 1 yaşlı qızı Mədinə həyatlarını itirmişdir. Yalnız ailənin digər qızı Xədicənin həyatını xilas etmək mümkün olmuşdur.

Məlum olduğu kimi, Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs humanitar xarakter daşıyırdı və bu, Ermənistana həm də şans verirdi ki, daha ağır zərbələr almaqdan qaçsın. Lakin Paşinyan rejimi bu imkanı nəinki əldən verdi, eləcə də təcavüzkarlıq siyasətini davam etdirməkdə israrlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Humanitar atəşkəsin imzalandığı andan cəmi 14 saat sonra Ermənistan silahlı qüvvələri razılaşmanı pozaraq cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərimizi atəşə tutdu. Təəssüflər olsun ki, bu terrora beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri susmaqla reaksiya verdi. Amma ordumuz susmadı. İşğal altında olan daha bir neçə yaşayış məntəqəsini azad etməklə düşmənə növbəti dəfə yerini göstərdi.

Azərbaycan Ordusunun qazandığı bu qələbələr gəncəlilərdə böyük ruh yüksəkliyi yaratmışdır. Ali Baş Komandanın cəbhədəki uğurlarımızla bağlı verdiyi bəyanatlar, Ermənistan rəhbərliyinə ünvanladığı sərt mesajlar insanların qələbə əzmini daha da gücləndirmişdir. Xüsusilə "ermənilərin bu cinayət əməllərinə beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymət verilməsini artıq gözləməyəcəyik və düşmənin cavabını özümüz verəcəyik” bəyanatı Gəncə sakinləri arasında qürurla qarşılanmışdır. Bütün xalqımız kimi, gəncəlilər də bu fikirdədirlər ki, müharibə vətənimizin son qarış torpağı işğaldan azad olunanacan davam etməlidir.

Faciə zamanı evi dağılmış Pərvin Qasımova deyir ki, eybi yoxdur, ondan da yaxşısını tikərik, təki Qarabağımız düşmən tapdağından azad edilsin, Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalansın.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM