Alternative content

03:31 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalqın səninlə qürur duyur, oğul!
Xalqın səninlə qürur duyur, oğul!
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:35 21.10.2020


Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedir. Hər bir azərbaycanlı qələbə xəbərləri ilə sevincli günlər yaşayır. Eyni zamanda hər kəsin əsgərlərimizin taleyindən bir nigarançılığı da var. Bu, həm də topla, avtomatla yox, raketlərin, bombaların yağış kimi göydən yağdırdığı müharibədir. Hamımız narahatıq, xüsusən də oğulları döyüşdə olan analar üçün bunun nə demək olduğunun sözlə ifadəsi yoxdur.

İlk dəfədir oğlum Cavad uşaqlarından, ailəsindən uzaq düşüb. O, qanlı savaş meydanında ata-baba torpaqlarımız uğrunda düşmənə qarşı vuruşur. Elə bil qəlbimdə bir ocaq qalanıb. Ancaq onun savaş başlayan kimi, bir zabit olaraq könüllü Vətəni qorumağa getməsi məni çox qürurlandırdı. Əbəs yerə deməyiblər ki, "oğul düşmən çəpəridir”.

Allah belə oğulları ona görə verib ki, haqqımızı tapdalayan, sərhədlərimizi pozan, qız-gəlinlərimizə kəm baxan düşmənlərdən bizi qorusun. Bütün valideynlərin borcu öz övladlarını vətənpərvərlik ruhunda, əsl vətəndaş kimi böyütməkdir. Allahın mənə əmanəti olan oğlumu mən də ordumuza həvalə etdim. Ona görə ki, bu torpağı Azərbaycan övladı, Azərbaycan gənci, Azərbaycan əsgəri qorumalıdır!

Bu gün mənim də oğlumun öhdəsinə Vətənin keşikçisi olmaq düşüb. Düz 27 ildir biz Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində hər cür rahatlığı olan evimizdən, gül-çiçəkli bağ-bağçamızdan ayrı düşmüşük. İllərlə xəyalımıza belə gəlməyən vaqonlarda, çadırlarda, başqasının evində "yerini dar eləyib” ömür sürmüşük. Sonradan şəraitimiz yaxşı olsa da, yurdumuz, öz dam-daşımız yaddan çıxmayıb.

İndi düşməndən qisas almağın, doğma yurda qayıtmağın vaxtı çatıb. Ordumuzun gücü, Ali Baş Komandan İlham Əliyevin cəsarətli mövqeyi, qətiyyəti bizi inandırır ki, ötən illərin əzablı günləri geridə qalacaq. Son günlər aldığımız Qələbə xəbərləri köksümüzü elə qabardır ki, daha övladımızdan narahatlığımızı bildirməyə belə utanırıq.

Mən müəlliməm. Uzun illər yüzlərlə şagirdimin tələbə adını qazanmasında, təlim-tərbiyəsində əməyim olub, elə bu gün cəbhədə döyüşən oğlum Cavadın da... Düşmənlə üz-üzə olan Cavad Cavadzadə Bakı Dövlət Universitetini bitirib, 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi alıb. 1999-2003-cü illərdə BDU-da müəllim, 12 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində inspektor kimi çalışıb. 2003-2006-cı illərdə zabit kimi hərbi xidmət keçib.

Bütün anaların arzusu bəşəriyyətdə sülhün bərqərar, övladlarının salamat olmasıdır. Amma bu gün anaları daha çox savaşın dayanması qorxudur. Çünki bu yoldan geri çəkilmək, düşmənə aman vermək daha böyük fəlakətlərə səbəb ola bilər. İgidlərimiz bu döyüş fürsətindən istifadə edib işğal altındakı bütün ərazilərimizi təmizləməli və düşmənə elə bir dərs verilməlidir ki, bir də biz tərəfə baxmasın. Əmin-amanlıq yalnız bundan sonra yaranar. Ona görə də deyirəm ki, vur, oğlum, vur! Qarabağ həsrətilə köç edən atanın, əzizlərinin qisasını al bu namərd düşməndən! Vətən sənə, sən də Allaha əmanət ol!

Unutma, sənin torpaqlarımızın bütövlüyü uğrunda döyüşün indi tək ananın qüruru deyil, qohum-əqrəban, bütünlüklə xalqın sizinlə qürur duyur.

Balalarımızdan nə qədər narahat qalsam da, əsas nigarançılığım torpaqlarımızın hələ tam azad olmamasındandır. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Ağdam... işğal olunmuş bütün torpaqlarımız öncə sizi, sonra da bizi gözləyir. Arzumdur - qalibiyyət, zəfər bayrağını əzəli torpaqlarımıza sancan əsgərlərin arasında sən də olasan, oğlum!

Adikə SOLTANOVA,

Ağdam rayonunun Əliağalı kənd sakini





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM