Alternative content

03:42 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xilaskarlıq şərəfli missiyadır
Xilaskarlıq şərəfli missiyadır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:35 21.10.2020


Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun ön cəbhədə erməni qəddarlarına layiqli cavab verməsi, xilaskarlıq missiyası bu gün hər kəsi sevindirir. 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan tarixi torpaqlarımızda bu gün zəfər yürüşü ilə düşmənə öz yerini göstərən Azərbaycan əsgərinin qələbə soraqları bir sənət adamı kimi məni də qürurlandırır!

Qəti əminik ki, əsgər oğullarımız, könüllülərimiz tezliklə musiqi beşiyimiz, Qafqazın konservatoriyası kimi tarixə yazılan Şuşamızda da üçrəngli bayrağımızı dalğalandıracaq, biz də Cıdır düzünün əvvəlki növrağını qaytararaq nəğmələrimizlə, muğam-segahlarımızla bərpa edəcəyik.

Məni düşündürən və sevindirən, təbii ki, ilk növbədə Milli Ordumuzun ön cəbhədə hər gün əldə etdiyi uğurlar, qələbə soraqlı xəbərləridir. Bəli, ordumuz xilaskardır, işğalçı deyil. Onun belə şərəfli missiya daşımasına dair yalnız bircə faktı qeyd edəcəyəm, əsgər balalarımız! Siz ön cəbhədə azğın, terrorçu, təcavüzkar işğalçılarla döyüşməklə yanaşı, eyni zamanda yeri gəldikcə humanistliyinizi də göstərirsiniz. Bu, bizim xalqımızın, millətimizin genetik humanist xarakterindən irəli gəlir. İnternetdə yayılan xəbərlərin birindən öyrəndim ki, döyüşlərin qızğın getdiyi yerində qalan erməni əsilli qadını da amansız ölümün pəncəsindən xilas etmisiniz. Bu addımınızla göstərdiniz ki, döyüş meydanında əlisilahlı düşmənə sarsıdıcı zərbələr vuran güclü qüvvə, əliyalın mülki vətəndaşlar üçün isə xilaskarsınız!

Bəli, bu bir daha onu göstərdi ki, biz sülh carçılarıyıq - barış, firavanlıq və insanpərvərlikdən başqa bizə heç nə lazım deyil. Biz eyni zamanda Xocalıda işgəncə ilə qətlə yetirilənlərin, yandırılanların, işgəncə verilən, başlarına min bir müsibət açılan, yazılması mümkün olmayan əzablara düçar olan qadınların balaları olsaq da, insani hisslərimizi, mərhəmətimizi, vicdanımızı itirməmişik. Bu təmiz, ülvi, ali insani hissləri bizdən heç bir itki, heç bir faciə, heç bir vəhşilik ala bilməyib və bilməyəcək də.

Əsgər oğlum, sən bu gün hər övladı ön cəbhədə döyüşən anaların balasısan: hamımızın - xalqımızın, yalnız səni dünyaya gətirən ananın yox. Yalnız öz doğma ananı qorumaq üçün düşmənlə üz-üzə dayanmamısan! Sən ana Vətənin qəhrəman oğlu, tarixə zəfər yazan igidisən. Hər bir Azərbaycan anasının oğlusan, qızının qardaşısan!

Azərbaycan bu gün sizin simanızda bütün dünyaya öz düşmənindən nə qədər uca, nə qədər humanist, nə qədər sülhpərvər olduğunu göstərir! Erməni qadınlar da qoy görsünlər ki, xəyanətkar, daşnak, quldur silahlı dəstələrdən ibarət ordusu yox, ona Azərbaycan əsgəri və dövləti sahib çıxdı. Bu, cılız və ləyaqətini itirmiş erməni vandallarına qarşı belə öz böyüklüyümüzü də göstəririk!

Bəli, biz humanist xalq olduğumuzu 30 ildir ki, dünyaya göstərdik: işğalçı, təcavüzkar deyilik. Sülh danışıqları ilə geri ala bilmədiyimiz doğma, tarixi, əzəli torpaqlarımızı bütün beynəlxalq prinsip və normalara hörmət edərək düşmən tapdağından xilas edirik. Əgər bu ərazidə yaşayan sadə, sıravi ermənilər də daşnaklardan xilas olmaq istəyirlərsə, bunu bəyan etsinlər. Biz buna da hazırıq. Çünki biz azərbaycanlıyıq - heç vaxt erməni səviyyəsinə enməyəcəyik. Biz öz torpaqlarımızda, haqq uğrunda savaşırıq, söndürülümüş ocaqlarımıza, dağıdılmış yurdlarımıza dönmək, Qarabağa, Qafqaza, cahana... sülh gətirmək üçün.

Fidan QASIMOVA,

Xalq artsiti





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM