Alternative content

03:22 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir
Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:28 21.10.2020


Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.

Tender proseduru 04 dekabr 2020-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.

İddiaçının tələb olunan kapitalı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 mart 2020-ci il tarixli 08//2 nömrəli Qərarına uyğun olaraq qeyri-həyat sığortası fəaliyyəti üzrə sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.

Təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkəti Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilmiş təkrarsığorta şirkəti olmalıdır (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də).

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;

- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, nağd pulun daşınması üzrə risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surəti;

- tenderin Əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 19 yanvar 2021-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 03 dekabr 2020-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 25 noyabr 2020-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün Mərkəzi Bankın aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində iştirak haqqı köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BİK: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2021-ci il tarixdən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2021-ci il tarixdən başlanılır.

Sığorta xidmətinin göstərilməsi müddəti: 1 (bir) il.

Qiymətləndirmə meyarları: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri və şərtsiz azadolma məbləğləri.

Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasından tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxslər:

Elvin Şirdanov (Hüquq departamenti), telefon: 493-11-22 (dax.tel: 428), elektron poçt ünvanı: [email protected]

Ceyhun Səməndov (İnzibati departament), telefon: 493-11-22 (dax.tel: 599), elektron poçt ünvanı: [email protected]

Tender komissiyası





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM