20 Oktyabr 2020 22:36
444
SİYASƏT
A- A+

İtaliyalı professor: Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün yetərincə hücum və müdafiə sistemlərinə malikdir


Dünya ölkələrinin enerji siyasəti ilə bağlı tədqiqatlar aparan "Sənaye və Energetika üzrə Tədqiqatlar” cəmiyyətinin "RiEnergia” internet portalında Venesiyanın "Ka Foskari” universitetinin tədqiqatçısı professor Karlo Frappinin müəllifi olduğu "Dağlıq Qarabağ münaqişəsi və enerjinin çəkisi” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Avrasiya məkanının əsas karbohidrogen istehsalçılarından biri kimi SSRİ-dən müstəqillik əldə etdikdən sonra daha effektiv şəkildə enerji sektorunu inkişaf etdirməyə müvəffəq olmuş ölkə olduğu bildirilir. Qeyd olunur ki, Bakı istehsala başlamaq və hazırda daha geniş Cənub Qaz Dəhlizinin ilk seqmenti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi boru kəmərlərin tikintisi vasitəsilə regional (Türkiyə, Gürcüstan) və Avropa (ilk növbədə İtaliya) bazarlarına əhəmiyyətli həcmdə ixracı həyata keçirmək üçün lazımi maliyyələşmə, "know how” və diplomatik dəstəyi əldə etməyə müvəffəq olub.

Məqalədə münaqişə ilə bağlı fikirlərini ifadə edən müəllif son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki Gəncə hava limanı, Mingəçevir SES, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji infrastruktur obyektlərinə raket zərbələri endirmək cəhdləri barədə danışır və bu hücumların Ermənistan üçün ağır diplomatik nəticələrinin olacağını vurğulayır.

K.Frappi enerji gəlirlərinin və bu sahəyə sərmayə qoyuluşunun münaqişəyə təsiri və rolunu da qiymətləndirərək, bu kontekstdə son on beş il ərzində Bakının öz enerji resurslarından əldə etdiyi gəlirlərin ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi və silah-sursatın alınması üçün vəsait ayrılmasına imkan verdiyini vurğulayır və bu vəsaitin Ermənistanın bütövlükdə dövlət büdcəsi həcmində olduğunu diqqətə çatdırır. Eləcə də, Azərbaycanın enerji potensialının güclənməsi ilə yaranan assimmetriyanın son toqquşmalar zamanı da özünün göstərdiyini qeyd edir.

Müəllif enerjiyə sərmayə qoyuluşunun xarici ölçüsünün də münaqişəyə az təsir göstərmədiyini bildirir və izah edir ki, beynəlxalq enerji və ya qeyri-enerji nəqliyyat infrastrukturları üçün xərclənmiş vəsait faktiki olaraq Bakıya regional səviyyədə rolunu artırmaqla həm tranzit ölkələr, həm də karbohidrogen istehlakçısı olan ölkələr ilə əlaqələri genişləndirməyə və gücləndirməyə imkan vermişdir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün qoyulmuş böyük həcmdə investisiyalar bu dinamikanı göstərən ən böyük sübutdur. Müəllif Azərbaycanın şərq-qərb oxu üzrə (Azərbaycan, Gürcüstan və Türkiyə arasında) həyata keçirilmiş dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi təşəbbüsləri və şimal-cənub oxu üzrə (İran, Azərbaycan və Rusiya arasında) çoxdandır inkişaf mərhələsində olan təşəbbüslərindən də danışır.

Bundan əlavə, məqalədə qeyd olunur ki, enerji sektorunda əldə etdiyi gəlirlər hesabına Azərbaycan münaqişənin həll olunması məqsədilə Ermənistanı danışıqlarda sülhə məcbur etmək üçün yetərincə hücum və müdafiə sistemləri qurub. 90-cı illərin ortalarında "ərazi əvəzinə neft kəməri” məntiqi ilə münaqişənin həlli üçün enerjidən təzyiq kimi istifadə etmək cəhdi müvəffəqiyyətsizliyə uğramaqla, infrastrukturun inkişaf etdirilməsi siyasəti "Ermənistanın regional inkişafdan təcrid edilməsi” məntiqi ilə aparıb. Ermənistanın regional layihələrə cəlb edilməsi ehtimalının münaqişənin həllinə birbaşa bağlı olduğu qeyd olunmaqla vurğulanır ki, bu, 1993-cü ildə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsinə cavab olaraq sərhədlərini bağlamış Türkiyə ilə həmin sərhədlərin yenidən açılması fonunda Ermənistanın "boğulan” iqtisadiyyatına təkan vermiş ola bilərdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video