Alternative content

08:48 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ali Məhkəmə Ermənistan ordusunun mülki şəxsləri hədəfə alması ilə bağlı bəyanat yayıb
Ali Məhkəmə Ermənistan ordusunun mülki şəxsləri hədəfə alması ilə bağlı bəyanat yayıb
ANA SƏHİFƏ / SİYASƏT
22:31 20.10.2020
Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslərin həlak olması və xəsarət alması ilə bağlı bəyanat yayıb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda qeyd olunub ki, Ermənistanın silahlı birləşmələri oktyabrın 17-də gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda yerləşən, Azərbaycanın sıx məskunlaşmış əhalisi olan ikinci böyük şəhərinə - tarixi Gəncəyə yenidən raket zərbəsi endirib. Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktları nəticəsində 5-i uşaq olmaqla 15 mülki şəxs həlak olub, 57 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İnsan itkisi ilə yanaşı, mülki infrastruktura ciddi şəkildə ziyan dəyib.

Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bildirir. Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə qarşı deyil, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirmək öhdəliklərini bir daha təsdiqləyir.

Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində son həftələrdə Azərbaycanın Silahlı Qüvvələri Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

"Beynəlxalq ictimaiyyəti Gəncə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev imzalayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM