04:00 18 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:47 18.06.2021

OLMADI, QARDAŞ!


01:46 18.06.2021

Halal qazanc torpaqdadır


01:37 18.06.2021

Yeni tarixi mərhələ


01:30 18.06.2021

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,  “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanununun  tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 9 aprel tarixli 606 nömrəli, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi  barədə” 2013-cü il 10 aprel tarixli 861 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 21 yanvar tarixli 482 nömrəli, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


01:29 18.06.2021

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 311-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 fevral tarixli 32 nömrəli, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 263 nömrəli, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 274 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Torpaqların dövlət ehtiyacları üçün alınması  haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 20 aprel tarixli 414 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şeyxülislam Allahşükür Paşazadə: Ermənilər guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək, müsəlman və xristian aləmini üz-üzə qoymaq istəyirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:28 20.10.2020
Azərbaycan dindarları adından konfransa ev sahibliyi edən Türkiyə Respublikası Diyanet İşleri Başkanlığına və onun dəyərli rəhbəri, qardaşım Ali Erbaş həzrətlərinə dərin ehtiramımı bir daha izhar edir, Rəbbimdən bütün səy və fəaliyyətlərimizə yardımçı olmasını diləyirəm. İslam dünyasının və bütün bəşəriyyətin dini və siyasi zəmində narahat günlər yaşadığı bir dövrdə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin dini rəhbərlərinin məşvərət toplantısının təşkil edilməsi həm düzgün təşəbbüs, həm də məntiqi bir qərar kimi dəyərləndirilməlidir. Çünki məhz bu gün – minlərlə günahsız insanın həlak olduğu, dövlətlərin miqrant ordusu və virus bəlası ilə üzləşdiyi, dünyanın müharibələr və terrorizm savaşı ilə sarsıldığı bir dönəmdə müsəlman aləmi özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bir daha bəşəriyyətə bəyan etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Qarabağdakı mövcud vəziyyətlə bağlı İƏT üzvü olan ölkələrin dini liderlərinə məlumat verən bütün Qafqazın Şeyxi çıxışında Ermənistanın islamofob ölkə olduğunu və ermənilərin guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək məkrli niyyətləri ilə müsəlman dünyasını xristian aləmi ilə üz-üzə qoymaq istədiyini bildirib

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ildən artıqdır işğal altında saxlanılır. Azərbaycan Ermənistan dövləti ilə münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün illərlə səylər göstərib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən zəbt edilməsi, Xocalı şəhərində mülki əhalinin amansız qətliamı, 1 milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, işğal olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrin məhv edilməsi xalqın səbrini daşdırıb. Müharibə qanunlarını, beynəlxalq hüququn normalarını pozan, BMT-nin 4 qətnaməsini, Cenevrə konvensiyalarının maddələrini nəzərə almayan Ermənistan qadağan olunmuş raketlərdən istifadə edərək təmas xəttindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Xızı şəhər və rayonlarını, kənd və qəsəbələri atəşə tutub. Nəticədə 5-i uşaq olmaqla 46 mülki şəxs həlak olub, 200 nəfərdən çox insan yaralanıb, mindən çox ev və mülki obyekt dağıdılıb.

Şeyxülislam erməni təcavüzünü qətiyyətlə qətnamələrin qəbuluna, Azərbaycan gerçəklikləri, xüsusən Xocalı soyqırımı haqqında çoxsaylı bəyanatlar verdiyinə, həmçinin bölgəmizdə baş verən son hadisələr ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə qınayan müraciətlər etdiyinə görə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminə Azərbaycan xalqı adından dərin təşəkkürünü bildirib.

Allahşükür Paşazadə qeyd edib ki, illər boyu Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etmək istəyən qüvvələr bu gün də ikili standartlarla erməni terrorizminə və azərbaycanlılara qarşı törədilən soyqırımına haqq qazandırmaq niyyətindədirlər. Onlar guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək məkrli niyyətləri ilə müsəlman dünyasını xristian aləmi ilə üz-üzə qoymaq istəyirlər. Halbuki, məhz ermənilər tərəfindən bizim məbədlərə qarşı vandalizm aktları törədib, hətta zəbt olunan torpaqlarımızda yerləşən məscidlərdə donuz saxlamaqdan belə çəkinməyiblər. Özlərini məzlum qurban kimi göstərsələr də, həqiqətin bir adı var: Ermənistan islamofob və işğalçı dövlətdir, onun yalan təbliğatlarına inanmaq haqqın yox, zalimin yanında olmaq deməkdir! Əminik ki, Xocalıda 613 nəfəri işgəncələrlə qətlə yetirərək soyqırımı aktı törədənlər, eyni vəhşiliklərini bu gün Gəncədə mülki əhaliyə qarşı davam etdirənlər, günahsız insanların, məsum körpələrin qanlarının axmasına bais olanlar, həm bu dünyada tarix qarşısında, həm də qiyamət günü Allah-Təala qarşısında layiqli cəzadan yaxa qurtara bilməyəcəklər. Biz bir daha beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət edərək, Ermənistanın qəsbkar rejiminə qarşı sanksiyalar tətbiq etməyə, xüsusilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətləri Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verməyə və ən əsası, haqqın tərəfdarı olmağa çağırırıq.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM