Alternative content

04:10 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfir: Rəşadətli Orduya malik Azərbaycanın heç kimin hərbi yardımına ehtiyacı yoxdur
Səfir: Rəşadətli Orduya malik Azərbaycanın heç kimin hərbi yardımına ehtiyacı yoxdur
ANA SƏHİFƏ / SİYASƏT
22:26 20.10.2020

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin nüfuzlu "Dostor” informasiya portalına müsahibə verib. Səfir müsahibəsində bildirib ki, rəşadətli Orduya malik Azərbaycanın heç kimin hərbi yardımına ehtiyacı yoxdur və işğalçı Ermənistanın hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Silahlı Qüvvələrimiz torpaqlarımız tam azad olunanadək döyüşləri davam etdirmək əzmindədir.

AZƏRTAC xəbər verir ki, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının 27 ildir həmin torpaqların dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. ABŞ, Fransa və Rusiyanın həmsədrləri olduqları ATƏT-in Minsk qrupunun da münaqişənin nizama salınması istiqamətində fəaliyyəti Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməyib. Status-kvonu qoruyub saxlamağa çalışan işğalçı ölkə, eyni zamanda, hərbi təxribatlar törədib, atəşkəs rejimini davamlı olaraq pozub. Ermənistan hərbi birləşmələri vaxtaşırı mülki obyektləri, dinc əhalini hədəf alıb.

Diplomatımız qeyd edib ki, Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə Azərbaycana qarşı təcavüzkar siyasət, düşmənçilik daha da güclənib. Erməni baş nazir tez-tez Dağlıq Qarabağın guya Ermənistana məxsus olduğu barədə bəyanatlar verir, danışıqlar prosesinin dayanmasına can atırdı.

Diplomat diqqətə çatdırıb ki, torpaqlarımızın işğal edildiyi ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi Azərbaycanın 100 min əsgəri, ən müasir silah və texnika ilə təchiz edilmiş qüdrətli Ordusu var. Bu ordu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir.

Ordumuzun cəbhədə möhtəşəm qələbələrindən də bəhs edən T.Rzayev bəzi dairələrin guya suriyalı muzdlu döyüşçülərin Azərbaycanın tərəfində vuruşduğu barədə yalan və qərəzli iddialarına da cavab verib. Qeyd edib ki, əhalisinin sayı 10 milyon nəfərdən çox olan və qüdrətli Orduya malik ölkəmizin əhalisinin sayı 2,5 milyondan da az olan Ermənistana qarşı döyüşlərdə əcnəbi muzdlu əsgərlərə ehtiyacı yoxdur.

Səfir əlavə edib ki, Türkiyə, Pakistan, Ukrayna, Malayziya, Mərakeş, Macarıstan və İtaliya , habelə İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən müsəlman ölkələri Azərbaycanın haqq işinə siyasi dəstəklərini ifadə ediblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM