20 Oktyabr 2020 14:14
423
SİYASƏT
A- A+

İndoneziya qəzetində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibə dərc olunub

İndoneziyanın nüfuzlu "Pikiran Rakyat” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair səfir Cəlal Mirzəyevin müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan səfiri Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün əsas həll yolunun BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğunu bildirir” adlı yazı qəzetin baş redaktoru Noe Firmanın səfir C.Mirzəyev ilə münaqişə və baş verən son hadisələrə dair müsahibəsi əsasında hazırlanıb.

Azərbaycan səfiri ötən ayın sonunda yenidən alovlanan münaqişədə iki dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanın təxribatları nəticəsində atəşkəsin pozulduğunu və döyüşlərin yenidən davam etdiyini bildirib. Sentyabrın 27-dən etibarən alovlanan döyüşlər zamanı Ermənistanın Azərbaycanın şəhərlərinə amansız hücumları nəticəsində 60-dan çox azərbaycanlı mülki şəxsin həlak olduğu və 270 nəfərin yaralandığı bildirilib.

Səfir son hadisələrə baxmayaraq, Azərbaycanın münaqişəni hələ də sülh yolu ilə həll etməyə hazır olduğunu qeyd edib. Səfir ATƏT-in Minsk qrupunun bu günə qədər münaqişənin sülh yolu ilə həll olunmasındakı səylərinin nəticə vermədiyini də əlavə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin elə də mürəkkəb məsələ olmadığını qeyd edən diplomat bunun üçün münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və erməni işğalçı qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl edilməsinin kifayət etdiyini bildirib.

İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin son bəyanatında da münaqişənin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllinin dəstəkləndiyini xatırladan C.Mirzəyev münaqişə tərəflərinin ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlar masasına qayıtmağa dəvət olunduğunu qeyd edib. Bununla yanaşı, səfir İndoneziya vətəndaşlarına müraciət edərək Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası uğrundakı səylərini dəstəkləməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video