19 Oktyabr 2020 13:02
448
SİYASƏT
A- A+

İsrailin Baş Naziri Müstəqillik Günü münasibətilə Azərbaycanın Baş Nazirinə təbrik məktubu göndərib


İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.

Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq, iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub.

İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.

Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video