18 Oktyabr 2020 18:50
555
SİYASƏT
A- A+

Rəcəb Tayyib Ərdoğan: Ermənistan ikinci atəşkəsi də pozaraq Azərbaycana hücumlar etdi


Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransındakı çıxışında səsləndirib.

Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə qınayan Rəcəb Tayyib Ərdoğan deyib ki, azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar. Bu, onların haqq işidir. "Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən qurtaracaqlar. İnşallah, bunu uğurla başa gətirsinlər”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, ikinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video