18 Oktyabr 2020 18:48
648
SİYASƏT
A- A+

Türk Şurasının baş katibi Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Türk Şurasına sədrlik edən və qurucu üzv dövlətimiz olan Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edirik. Bu münasibətlə qardaş Azərbaycan xalqına və hökumətinə ürəkdən təbriklərimi çatdırmaqdan şərəf duyuram.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevin 18 oktyabr - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və dövlətinə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda deyilir: "Azərbaycan Respublikasının Ali Soveti tərəfindən 1991-ci il oktyabrın 18-də qəbul edilən, 1918-1920-ci illər arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyaya elan edən "Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qardaş Azərbaycan xalqının taleyində böyük tarixi əhəmiyyətə malikdir”.

Həmçinin məktubda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bölgədə sabitliyin və sülhün rəmzinə çevrilən Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı böyük uğurlardan məmnunluqla bəhs olunub. Vurğulanıb ki, Azərbaycan Respublikası Türk Şurasında da əhəmiyyətli rol oynayır. Türk Şurasının təsis sənədi Naxçıvanda imzalanıb, təşkilatımızın quruluşunun 10-cu ildönümü ərəfəsində keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünə Azərbaycan uğurla ev sahibliyi edib. Həmçinin COVID-19 pandemiyasına qarşı tədbirləri müzakirə etmək məqsədilə Türk Şurasının fövqəladə Zirvə görüşü də məhz Azərbaycanın təşəbbüsü ilə keçirilib.

"Azərbaycan tarixinin bu vacib dövründə qardaş Azərbaycan xalqının yanında olduğumuzu bir daha ifadə edir, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütünlüyünü bərpa etmək üçün beynəlxalq hüquq çərçivəsində yürütdüyü haqlı mübarizəsinə güclü dəstəyimizi bir daha ifadə edirik.

Qardaş Azərbaycanın şanlı bayrağının azad edilmiş əzəli torpaqlarında dalğalanacağına olan inancımı ifadə edərək, bu əlamətdar gün münasibətilə bir daha səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah dolu gələcək arzulayıram.

Müstəqillik Gününüz mübarək olsun!”, - deyə təbrik məktubunda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video