18 Oktyabr 2020 18:35
463
SİYASƏT
A- A+

Türkiyənin Qazi və Şəhid Ailələri dərnəkləri Azərbaycana dəstək ifadə edən bəyanat yayıblar


Türkiyənin müxtəlif şəhərlərində Qazi və Şəhid Ailələri dərnəklərinin rəhbərləri və üzvləri Azərbaycana dəstək ifadə edən bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda Ermənistan ordusunun Gəncə şəhərinə terror hücumları sərt şəkildə qınanmaqla, Azərbaycan dövlətinin işğal altındakı əzəli torpaqlarını azad etmək əzminə dəstək ifadə olunub: "Azərbaycan Prezidentinə və hökumətinə, Azərbaycan Ordusuna, Azərbaycan xalqına güvənimiz və dəstəyimiz tamdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı qazandığı hər zəfər Türk milləti və biz qazilər tərəfindən böyük sevinc hissi və coşqu ilə qarşılanmaqdadır”.

Bəyanatda "Qəlbimiz səninlədir, Azərbaycan!”, "Hamımız Azərbaycanıq!”, "Hamımız Qarabağıq!” şüarları da yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video