18 Oktyabr 2020 16:52
432
SİYASƏT
A- A+

“Israel HaYom” qəzeti: Ermənistan tərəfindən Gəncənin bombardman edilməsi nəticəsində 13 nəfər həlak olub


Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ermənilərin raket hücumu nəticəsində Azərbaycanın 13 dinc sakini, o cümlədən 3 uşaq ölüb.

AZƏRTAC xəbər verir ki, israilli məşhur jurnalist Neta Barın nüfuzlu ivritdilli "Israel HaYom” qəzetində dərc edilmiş "Azərbaycan: Ermənistan tərəfindən bombardlanma nəticəsində 13 nəfər həlak olub” sərlövhəli məqaləsi bu barədədir.

Müəllifin sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş verənləri şərh edərək bildirib ki, Ermənistan terror siyasətini dövlət səviyyəsində davam etdirir.

Jurnalist qeyd edir ki, raket atəşi nəticəsində yaralananların sayı 50 nəfərdən çoxdur, şəhərin xəstəxanaları əhaliyə müraciət edərək, onları xəsarət alanlar üçün qan verməyə çağırıb.

"Skad” raketinin düşdüyü ərazidə yaşayış evlərinə ciddi ziyan dəyib. Bu, şəhərə ikinci raket hücumudur. Ötən həftə raket Gəncədə yaşayış binasına düşmüşdü, nəticədə 10 nəfər həlak olmuşdu”, - deyə o əlavə edib.

Israel HaYom” qəzeti yazır: "Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: "Bir həftə bundan əvvəl və ondan əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə xaincəsinə hücum ediblər. Onlar bu məqsədlə raketlərdən, ilk növbədə, "Skad” raketindən istifadə edirlər. Bu dəfə də böyük dağıdıcı gücə malik olan "Skad” raketindən istifadə olundu. Mənfur düşmən dinc azərbaycanlı sakinlər arasında qırğın törətmək istəyir, o cümlədən Gəncə sakinləri arasında təşviş yaratmağa çalışır. Amma onlar məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad etmək əzmindədir”.

Nəşrdə qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə oktyabrın 16-dan 17-nə keçən gecə dinc sakinlər arasında ölümə və ağır yaralanmaya səbəb olan raket zərbələri ilə bağlı təəssüfləndiyini bildirib.

"Azərbaycan Ordusu cəbhədə uğurlu hücumları davam etdirir və ölkə ərazilərini işğaldan azad edir. Azərbaycan Prezidenti Administrasiyasının bəyanatına görə Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində işğal edilmiş Füzuli şəhərinə daxil olub”, - deyə Neta Bar qeyd edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video