18 Oktyabr 2020 16:30
467
SİYASƏT
A- A+

Rusiyanın Azərbaycan diasporunun rəhbəri erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket zərbəsi endirilməsi ilə bağlı bəyanatla çıxış edib

 
Rusiyanın Azərbaycan diasporunun rəhbəri akademik Fazil Qurbanov erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket zərbəsi endirilməsi ilə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, akademik Fazil Qurbanov erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə hücum nəticəsində həlak olanların bütün doğmalarına və yaxınlarına çoxmilyonlu Azərbaycan diasporu adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

"Ürəyimiz ağrı-acı və kədərlə doludur. Biz terrorçuların hədsiz qəddarlığının şahidlərinə çevrilmişik. "Azadlıq uğrunda mübarizlər” adlandırılan erməni silahlı qüvvələri bütün maskalarını ataraq özlərinin iblis simalarını göstərdilər: onlar bütün müqəddəs dəyərləri tapdalayaraq, Azərbaycanın dinc sakinlərinə – uşaqlara, qadınlara, qocalara əl qaldırıb, murdar əllərini bu günahsız insanların qanına bulayıblar”, - deyə bəyanatda bildirilir.

F.Qurbanov vurğulayır ki, Rusiyanın Azərbaycan diasporu yeni döyüşlər və açıq-aşkar silahlı hücumlar barədə xəbərləri böyük narahatlıqla izləyir. "Dinc əhali arasında qurbanlar və yaşayış evlərinin, bələdiyyə binalarının, o cümlədən hospitalların və məktəblərin irimiqyaslı dağıntıları barədə xəbərlərdən çox kədərlənmişəm. Lakin Azərbaycan xalqının iradəsini heç nə ilə sındırmaq mümkün deyil! Ermənistanın arası kəsilməyən təcavüzünə, mülki vətəndaşlara qəddarcasına hücumlara son qoyulmalı, beynəlxalq birlik Ermənistanın Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətlərinə göz yummamalıdır”, - deyə Azərbaycanın Rusiyadakı diaspor rəhbəri bildirib.

Akademik qeyd edib ki, Rusiya azərbaycanlıları Ermənistan tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı qəddarcasına hücumları ən qətiyyətli şəkildə pisləyir və təcavüzkar dövlətdən müharibə cinayətlərini dayandırmağı tələb edir. "Haqq-ədalət zəfər çalmalıdır”, - deyə sənəddə vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video