18 Oktyabr 2020 14:10
406
SİYASƏT
A- A+

Fərid Şəfiyev: Ermənistan dinc sakinlər arasında daha çox itkiyə səbəb olmaq üçün hücumu gecə saatlarında həyata keçirib


Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılır və BMTR TŞ-nin qətnamələrinə əsasən bu ərazilər mübahisəli deyil, işğal olunmuş ərazilərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Avropanın nüfuzlu "Deutsche Welle” Televiziyasına müsahibəsində səsləndirib.

O, oktyabrın 17-də Ermənistanın Gəncəyə reallaşdırdığı "Skad” raket hücumundan da danışıb və bunun hərbi əməliyyatlar başlayandan bu yana ikinci dəfə baş verdiyini deyib: "Gəncə şəhəri cəbhədən 100 km uzaqlıqda yerləşir. Sonuncu dəfə İraq müharibəsi zamanı Səddam Hüseyn "Skad” raketlərindən istifadə edib. Təəssüf ki, Ermənistan dinc sakinlər arasında daha çox itkiyə səbəb olmaq üçün hücumu gecə saatlarında həyata keçirib. Biz oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı razılığa gəlmişdik. Lakin, təəssüf ki, razılaşmanın səhəri günü Ermənistan ilk dəfə Gəncəyə hücum həyata keçirdi. Təbii ki, biz hərbi səhnədən danışıqlar masasına keçmək istəyərik, lakin Ermənistan tərəfdən bununla bağlı heç bir müsbət addım görmürük. Bunun baş verməsi üçün Ermənistan anlamalıdır ki, bizim torpaqlarda hərbi əməliyyatları dayandırmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video