18 Oktyabr 2020 11:20
432
SİYASƏT
A- A+

Nüfuzlu Malayziya qəzeti: Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır


Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda çox nüfuzlu nəşrlərdən biri olan "New Straits Times” qəzeti oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə qarşı törətdiyi ballistik raket hücumu ilə əlaqədar məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır” adlı məqalədə Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin həmin gün verdiyi bəyanatından bəhs olunub.

Məqalədə, həmçinin cari il sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli raket hücumu edib. Bu hücum nəticəsində 13 nəfər həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.

Qeyd edilib ki, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququn, eləcə də elan olunmuş humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Məqalənin sonunda bildirilib: "Terroru dövlət siyasətinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video