17 Oktyabr 2020 21:08
401
SİYASƏT
A- A+

Bern Gəncə terroruna etiraz edir


İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Bernin "Helvetia Platsa” meydanında icazəli aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada Berndə yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada "Qarabağ Azərbaycandır!”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan terrorçu dövlətdir!”, "Azərbaycan ədalət tələb edir!”, "Mülki insanlar toxunulmazdır!”, "İşğal beynəlxalq sülhə təhlükədir!”, "Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulmasını, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğulayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından uzaqda yerləşən, ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Bu terror aktları nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video