17 Oktyabr 2020 19:36
527
SİYASƏT
A- A+

Çin KİV-ləri Ermənistanın Gəncəyə raket hücumu barədə xəbərlər yayıb


Çinin kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələrini raket atəşinə tutması barədə Çin, ingilis, rus dillərində xəbərlər yayıb.

AZƏRTAC xəbər verir ki, ölkənin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası, "Çin gəncləri” qəzeti, digər xəbər portalları və elektron nəşrlərin təqdim etdiyi xəbərlərdə raket hücumu nəticəsində ölən və yaralananların olduğu, mülki binaların dağıldığı qeyd olunub. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasına istinadla bildirilib ki, Ermənistan Gəncə ilə yanaşı, Azərbaycanın digər məntəqələrinə də atəş açılıb. Bildirilib ki, iri su anbarının və elektrik stansiyasının olduğu Mingəçevirə hədəflənən raketlər məhv edilib.

AZƏRTAC-ın hadisə ilə əlaqədar xəbərlərindən istifadə edən Çin KİV-ləri qeyd edir ki, sakinlərin çoxu yuxuda olarkən Gəncə şəhəri atəşə tutulub. Hadisə şahidlərinin ölən və yaralılar haqqında dedikləri fikirlər də xəbərlərdə əksini tapıb. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini "SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə hədəfə aldıqları qeyd olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına istinad edən Çin KİV-ləri yazır ki, sentyabrın 27-dən başlayan toqquşmalar nəticəsində Azərbaycanın 60 mülki vətəndaşı ölüb, 270 sakin isə xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistanın oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu barədə məlumatından da istifadə olunub.

Xəbərlərdə münaqişənin tarixi barədə məlumat verilib. Qeyd olunub ki, Dağlıq Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ötən əsrin 90-cı illərində bölgədə Ermənistan ilə Azərbaycan arasında müharibə olub. Sentyabrın 27-dən başlayan hərbi toqquşmalar isə 1994-cü ildə atəşkəsin elan olunmasından sonra cəbhə xəttində baş verən ağır döyüşlərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video