17 Oktyabr 2020 19:33
458
SİYASƏT
A- A+

“La Vanguardia” qəzeti Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu barədə xəbər verib

İspaniyanın tanınmış nəşrlərindən biri olan "La Vanguardia” qəzetində "Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib (bax:https://www.lavanguardia.com/internacional/20201017/484125511796/al-menos-12-muertos-en-ataque-con-cohetes-contra-segunda-ciudad-azerbaiyana.html).

AZƏRTACxəbər verir ki, ispan nəşri Azərbaycanın Baş Prokurorluğuna istinadla Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə olunmaqla atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğunu və 40-dan çox insanın yaralandığını bildirir. Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

"La Vanguardia” qeyd edir ki, Ermənistan ərazilərindən Gəncəyə gecə hücumunda Qərbdə SCUD kimi tanınan "Elbrus” taktiki ballistik raketlərindən istifadə olunub.

Qəzet Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sözlərini sitat gətirir: "SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir!”.

"La Vanguardia” nəşri oxucuların diqqətinə çatdırır ki, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri energetiklər şəhəri Mingəçevirə tuşlanan bir neçə raketi zərərsizləşdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video