17 Oktyabr 2020 19:30
461
SİYASƏT
A- A+

Türkiyə mediası Azərbaycan Prezidentinin köməkçisinin Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinə dair açıqlamasını yayıb


Türkiyənin kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Gəncə şəhərinə növbəti raket hücumları ilə bağlı açıqlamasını geniş şəkildə işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin aparıcı telekanalları Prezidentin köməkçisinin fikirlərini video və yazılı məlumatlarla dünya ictimaiyyətinə çatdırmaqdadır.

İnformasiyalarda bildirilib ki, Ermənistan vandalizm hərəkətləri ilə nasist Almaniyasının fəaliyyətini davam etdirdiyini təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq oktyabrın 17-də Gəncə şəhərinin "SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketlərlə hədəfə alıb. Bu təxribatlar nəticəsində 2-si uşaq olmaqla, 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Qeyd edək ki, Türkiyənin aparıcı telekanalları, informasiya agentlikləri və qəzetlər, o cümlədən regionla xəbər portalları və digər media quruluşları fasiləsiz olaraq Azərbaycan həqiqətləri ilə bağlı məlumatları, eləcə də Gəncəyə qarşı xain erməni hücumu barədə xəbərləri paylaşırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video