17 Oktyabr 2020 19:21
419
SİYASƏT
A- A+

Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı Moldova mətbuatında məqalələr dərc olunub


Moldova mətbuatında Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Timpul.md”, "NOİ.md”, "İPN.md” və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Qeyd edilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinin ballistik raket atəşinə tutulması nəticəsində dinc əhali arasında 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb, yaşayış binaları dağılıb.

Moldova mətbuatında Gəncə hadisələri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da dərc edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video