17 Oktyabr 2020 18:59
433
SİYASƏT
A- A+

İspaniya ictimaiyyəti Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məlumatlandırılıb


Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən hazırlanıb və onun İspaniyanın kütləvi informasiya vasitələri arasında yayılması təmin edilib.

AZƏRTAC açıqlamanın xülasəsini təqdim edir:

"Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərinə ballistik raket hücumu həyata keçirib. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra ölkəmizin ikinci ən böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə sayca üçüncü dəhşətli hücum mülki insan tələfatına səbəb olub. Nəticədə 12 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ağır yaralanıb.

Beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq, dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani aktlarına göz yummamalıdır.

Azərbaycan tərəfi Ermənistanın onun mülki əhalisini hədəfə alan bu mənfur hücumlarını şiddətlə qınayır və işğalçı ölkədən müharibə cinayətlərinə son qoymasını tələb edir.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşıyır. Azərbaycan bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video