17 Oktyabr 2020 15:43
417
SİYASƏT
A- A+

Latviya Seyminin deputatı Gəncənin raket atəşinə tutulmasını pisləyib


Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması dünya ictimaiyyətini narahat edir və ölkəmizin dostlarının hiddətinə səbəb olur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Latviya Respublikası Seyminin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun sədri Romans Naudinş Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə məktub ünvanlayıb. Həmin məktubda Gəncə şəhərinin raket atəşinə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması və terror aktı qəti şəkildə pislənilir.

Qeyd edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Bu akt atəşkəs haqqında əldə edilmiş razılaşmadan sonra baş verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq səviyyədə istintaq tədbirləri aparılmalı və buna cavabdeh olan, yaşayış məntəqələrinin atəşə tutulması barədə əmr verən şəxslər müəyyən edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video